
Azərbaycanda kibertəhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.
“Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, kibertəhqiqatın həm prosessual kibertəhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kibertədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:
“Bu istiqamət üzrə həm “cyber investigation”, həm də “cyber examination” bölmələri tandemdə işləyərək, kibertəhlükələrə qarşı, xüsusən APT tipli ciddi kibertəhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur”.







































