
Gəncədə “Lada Granta” markalı avtomobil mağazaya çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Əttarlar küçəsi ilə Nizami prosspektinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, yüksəs sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxaraq mağazaya daxil olub.
Nəticədə avtomobilə və mağazaya ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


































