Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA

Baxış: 211
Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA


Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acınacaqlı vəziyyətdədir. 

Milli.Az xəbər verir ki, ərazidəki ağaclara qulluq edilmir, həmişə yaşıl bitkilər çoxu quruyub, yarısı isə aşıb. Bir sözlə illərin ağacları baxımsız vəziyyətdədir. 

Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsindən bildirildi ki, ağacların aşması və ya quruması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyinə və Dövlət Ekoloji Ekspertiza Agentliyinə məlumat verilib. Şəkillər və video-çəkiliş də təqdim olunub. 

Sözügedən problemlə bağlı isə Dövlət Ekoloji Ekspertiza Agentliyi deyilənləri təkzib etdi:

"Həmin ərazidə yaşıllıqların quruması səbəbindən götürülməsinə rəy verilməsi ilə bağlı agentliyə hər hansı müraciət daxil olmayıb. Müraciət daxil edildityi təqdirdə ekspertlərimiz tərəfindən yaşıllıqlara baxış keçiriləcək, müvafiq rəy verilməsi məsələsinə baxılacaq". 

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatından isə bildirildi ki, ərazidə külək nəticəsində aşan ağaclar götürülür. Lakin aşmayan ağacların götürülməsi üçün dövlət qurumu tərəfindən verilən rəy lazımdır. Rəy olmadan həmin ağacların kəsilməsi mümkün deyil. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.