Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı

Baxış: 197
"Avant Group" Yasamalda ağacları kəsib, 100 min ziyan vurub - Baş Prokurorluqda cinayət işi başlandı


Yasamal rayonunda ağaclar kəsilib.

milli.az məlumatına görə, Yasamal rayonu  Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında  "Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.

Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Müəyyən olunub ki,  ağaclar sözügedən şirkət tərəfindən kəsilib və təbiətə 100 min manatdan artıq ziyan vurulub.

Faktla bağlı cinayət işi başlanıb. 

Qeyd edək ki, daha əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən faktla bağlı akt tərtib edilmişdi. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.