Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Baxış: 150
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı


Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb.

 lent.az xəbər verir ki, onunla birlikdə RM şirkətinin təsisçisi Olqa Danilova, “Soyuzdorstroy” şirkətinin keçmiş baş direktoru Yelena Oşirova və “MTU Saturn”un baş direktoru Artem Suslikov da ev dustaqlığından azad edilib.

Sahibkarlar Salman Yusupov və İqor Vaşuninin ev dustaqlığının müddəti isə uzadılıb. Onların hamısı mütəşəkkil dəstənin tərkibində xüsusilə külli miqdarda dələduzluqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham edilib və Sadıqovla birlikdə onun işi üzrə tutulublar.

Müstəntiqlərin fikrincə, müttəhimlər əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıblar. Bu şirkətlər vasitəsilə geri qaytarmaq niyyətində olmayan kreditlər alıblar. Nəticədə kreditorlar xeyli itki ilə üzləşiblər.

Xatırladaq ki, Tufan Sadıqova qarşı 2024-cü ilin dekabrında xüsusilə böyük miqyasda dələduzluq maddəsi ilə cinayət işi açılıb və barəsində ev duastaqlığı həbs qətimkan tədbiri seçilib. Onun oğlu İlya Sadıqov da "Ximki" klubunun futbolçusudur.

Onu da qeyd edək ki, idman insayderləri üzrə ixtisaslaşmış resurslara görə isə, Tufan Sadıqov 20 milyon rubl girov müqabilində azad edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.