Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda falçı müğənni olmaq istəyən qadının başına oyun açdı – Video

Baxış: 183
Bakıda falçı müğənni olmaq istəyən qadının başına oyun açdı – Video


Falına baxıldı, rəmli atıldı... İddiasına görə pulu da getdi, zamanı da, üstəlik müğənni olmaq arzusu da yarıda qalıb...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarır.

Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı  falçı ona müxtəlif dualar yazıb. Adının çəkilməsini istəməyən qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyib. İddiasına görə falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını sataraq, işlərinin düzələcəyinə inanıb. Amma, 1 ildir nə işi düzəlir, nə də pulu geri qaytara bilir.

Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.

Haqqında səsləndirlən iddialara aydınlıq gətirməsi üçün Natiq Qiyasovla telefon əlaqəsi saxladıq. İlahiyyat İnstitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini dedi. Deyilən iddiaların isə həqiqətlə heç bir əlaqəsi olmadığını bildirdi.

Hazırda fakt Xətai rayonu, 34-cü polis bölməsində araşdırılır.

<embed width="640" height="360" src="https://player.olke.az?v=38694&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.