Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəkidə sərt karantin rejimində bir gün - VİDEOREPORTAJ

Baxış: 228
Şəkidə sərt karantin rejiminə nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparır.
Baku TV xəbər verir ki, hər iki istiqamətdə hərəkət edən avtomobillər yoxlanılır.
Avtomobillər saxlanılarkən sürücülərin diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılır.
Müşahidələr zamanı sürücü və sərnişinlərin əksəriyyəti tərəfindən sərt karantin rejimi qaydalarına əməl edildiyi məlum olub. Qaydaları pozanlar isə qanunauyğun şəkildə cərimələnib.
Həmçinin, Şəkidən Qax istiqamətində hərəkətdə olan sürücünün SMS icazəsi ilə qonaq qarşılamağa getmək istəməsi də nəzərdən yayınmayıb. Əlbəttə ki, polis əməkdaşı bu sürücünü geriyə - Şəki rayonuna yola salıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.