Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sənaye zonalarında rezidentlər nə qədər vəsaitə qənaət ediblər?

Baxış: 303
Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, 2021-ci ildə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 23,8% təşkil edib.
Məlumat üçün bildirək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bu günədək rezidentlər 426 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Qeyd: Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumundan azad olunurlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.