1989-1996-cı illərdə Azərbaycanın məişət xidməti naziri vəzifəsində işləmiş Nailə Bağırova vəfat edib.Report xəbər verir ki, o, 81 yaşında ölüb.
Nailə Bağırova Azərbaycan SSR əməkdar iqtisadçısı, "Şərəf nişanı" ordeni laureatıdır.
O, 1939-cu ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsil alıb.
Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.
Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınıb.





































