İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasının Yekun Bəyannaməsində Qarabağ münaqişəsinin ədalətli həll olunmasının alqışlanması və qəbul edilmiş dörd qətnamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəaların əks olunması təşkilatın rəsmi Bakının mövqeyinə xüsusi əhəmiyyət verdiyinin göstəricisidir.
İƏT Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olan dövrdə Azərbaycanın çağırışlarına biganə qalmayıb və hər zaman rəsmi Bakının haqlı mövqeyini dəstəkləyib. İƏT Xocalı soyqırımını tanıyan təşkilatlardan biridir.
İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında quruma üzv dövlətlər, tam olaraq, Azərbaycana postmüharibə dövründə dəstəklərini ifadə ediblər, xüsusilə də Ermənistanın hərbi təcavüzünə məruz qalmış ərazilərdən məcburi köçkünlərin geri qayıdışına şərait yaratmaq, azad edilmiş ərazilərin yenidən qurulmasına yardım göstərmək səylərini ifadə ediblər.
İƏT Ermənistana da çağırış edib: Rəsmi İrəvan təcavüzkar ritorikadan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fəaliyyətinə son qoymalı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına əsaslanan münasibətlər qurulmalıdır.
Nəzərə alınmalıdır ki, İƏT dünyanın 57 dövlətini birləşdirir. Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan və Qırğızıstan da İƏT-də təmsil olunur. Buna baxmayaraq, hər iki dövlət də Azərbaycanın mövqeyini tam dəstəkləyən sənədlərin qəbulunun lehinə çıxış edib. Son Bəyannamədə əksini tapan müddəalar göstərir ki, 44 günlük Vətən müharibəsinin hərbi və siyasi nəticələri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Artıq beynəlxalq birlik Cənubi Qafqazda sülhün bərqərar olmasını və dövlətlərarası əməkdaşlığın inkişafını gözləyir, əlavə gərginlik və revanşist səylər isə Ermənistana ciddi ziyan vuracaq, o cümlədən beynəlxalq müstəvidə.
Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycana dəstəyi ifadə edən keçmiş Qarabağ münaqişəsinə dair daha dörd qətnamə qəbul edilib: “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında”, “Azərbaycana iqtisadi yardım haqqında”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında” və “Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” qətnamələr.
qətnamələrdə Ermənistanın silahlı qüvvələrinin 30 il ərzində azərbaycanlı əhaliyə qarşı törətdiyi amansız hərəkətlər insanlıq əleyhinə cinayət kimi göstərilir və bu əməlləri törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
İƏT üzvləri Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə İslam mədəni irsinə aid məscidlərin, ibadət yerlərinin talan edilməsi və dağıdılmasını vandalizmin təzahürü kimi qəbul edərək qətiyyətlə pisləyiblər. Bu ərazilərin bərpası üçün Azərbaycana dəstək olmaq məqsədilə İƏT-in müvafiq qurumlarına və üzv dövlətlərə çağırış edilib, Ermənistanın dəymiş zərərə görə məsuliyyəti təsbit edilib.
İƏT həmçinin Ermənistanı sülhə məcbur etmək üçün üzv dövlətlərə çağırış edib. Belə ki, təşkilatın üzvləri rəsmi İrəvanla diplomatik əlaqələr qurmaqdan çəkinməli və iqtisadi əməkdaşlığı məhdudlaşdırmalıdırlar. Bu addımlar Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımaq üçün ciddi təsir mexanizmləri işə sala bilər. Bu müddəa son dövrlər Ermənistanın İƏT dövlətləri ilə əlaqələr qurmağa cəhdləri fonunda xüsusi əhəmiyyət kəsb edir.
Bu qətnamələrin qəbulu rəsmi İrəvana göstərdi ki, İƏT üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını unutmayıb və bu ölkənin yalan təbliğatına inanmır. Ermənistan üçün yeganə yol Azərbaycanın təklifi ilə ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında sülh müqaviləsi üzərində işin aparılmasıdır. Yalnız Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan İƏT ölkələri ilə faydalı əməkdaşlıq qurmağa imkan əldə edə bilər.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
İƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti dəstək
Bölməyə aid digər xəbərlər
Tarix: 26-03-2022, 19:12 Oxunub: 142
Bölməyə aid digər xəbərlər
26-03-2022, 15:33
İslam dünyası İrəvanı küncə sıxışdırdı: “Bakının şərtlərini qəbul etməsə, sarsıdıcı zərbəyə tuş gələcək”
24-03-2022, 18:42
İƏT İslam İnkişaf Bankına Azərbaycana yardımla bağlı müraciət edib
26-02-2022, 09:11
Xocalı soyqırımından 30 il ötür
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
1-01-2022, 09:30
İlham Əliyev Azərbaycan xalqına müraciət edib
19-12-2021, 14:56
XİN: “Azərbaycan İƏT-in Əfqanıstanda humanitar vəziyyətlə bağlı səylərini dəstəkləməyə hazırdır” - FOTO
8-12-2021, 09:30
XİN-dən Azərbaycanın İƏT-ə üzvlüyünün ildönümü ilə bağlı BƏYANAT
12-10-2021, 12:36
Beynəlxalq ictimaiyyət İlham Əliyevin nüfuzunu və Azərbaycanın lider mövqeyini etiraf edir - TƏHLİL
11-10-2021, 12:53
İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı - TAM MƏTN + FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO