21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Martın 20-də ABŞ Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etdi.
Martın 22-də isə İlham Əliyev həmin təbrikə jest əlaməti olaraq ABŞ liderinə məktub ünvanlayıb.
Co Baydenin təbrik mətnində ən çox diqqət çəkən məqam Ağ Ev başçısının ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləmək mesajını verməsidir.
İlham Əliyevin məktubunda isə Cənubi Qafqazdakı yeni reallıqlar kontekstində ABŞ-dan gözləntiləri ifadə edən məqamlar mövcuddur:
1. Azərbaycanın gələcəyə köklənmiş baxışı əsasında Bakının formalaşdırdığı sülh gündəliyini ABŞ dəstəkləsin,
2. ABŞ şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya qoysun.
Liderlərin strateji gələcəyə baxışı ehtiva edən qarşılıqlı mesajlarının analizinə keçməmişdən qabaq Bakı-Vaşinqton münasibətlərinin xarakterinə nəzər salmaq vacibdir.
Azərbaycanın NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqliyi, İsraillə güclü əlaqələri, İpək yolunun üzərində orta dəhliz kimi xüsusi əhəmiyyəti, beynəlxalq enerji layihələrində oynadığı rol, sülhməramlı əməliyyatlarda iştirakı onu ABŞ-ın tərəfdaşı olmasına gətirib çıxarıb.
Ancaq bəzi məsələlər ətrafında yaranan fikir ayrılıqları iki ölkə arasındakı münasibətləri yoxuşa sürükləyirdi, bununla belə, son illərdəki temp bizə belə məzmun verir ki, Azərbaycan-ABŞ münasibətləri rəvan inkişaf edir.
Rəvanlığa yaşıl işıq yandıran odur ki, iki ölkənin strateji ortaq baxışları mövcuddur, xüsusilə son zamanlar Rusiya-Ukrayna müharibəsi səbəbilə Azərbaycanın Avropanın enerji təchizatında keyfiyyətcə yeni çəki qazanması müştərək maraqları daha da gücləndirir.
Qısası, ikitərəfli ticari əlaqələrdən tutmuş, beynəlxalq iqtisadi-siyasi, təhlükəsizlik tablosundakı maraqlar Bakı-Vaşinqton əlaqələrini hərarətləndirir.
Amma bir neçə məsələ, xüsusilə ABŞ-ın insan hüquqlarına dair tələbləri, bəzən bunu Azərbaycan-Ermənistan münasibətləri kontekstində ikibaşlı və sürüşkən ifadələrə müraciət edərək işlətməsi, Bakının Moskva ilə isti münasibətləri, Ağ Evin 907-ci düzəlişdən imtina etməməsi tərəflər üçün bir-birinə münasibətdə neqativ fikirlər yaradır.
Azərbaycan dəfələrlə ABŞ-a narahatedici əlamətlərlə zəngin mesajlar göndərib. Bakı hesab edir ki, 907-ci düzəliş öz mahiyyətinə görə ədalətsizdir və strateji tərəfdaşlığın saxlanılması baxımından qeyri-adekvat sənəddir.
Baydenin məktubundakı təhlükəsizlik məsələsini qabartmasına gəlincə, həmin ismarış bu sahədə problemlərin olduğu anlamına gəlməməlidir. Cənab Baydenin mövqeyinin məğzi budur ki, ABŞ-la Azərbaycan mövcud strateji tərəfdaşlığı inkişaf etdirərək yeni səviyyəyə qaldırsın.
Ancaq yekuna nail olmaq üçün ABŞ Cənubi Qafqazdakı sülhyaratma prosesində adekvat düsturlar təqdim etməlidir – Bakının okeanın o tayından gözləntisinin qayəsi budur.
Azərbaycan ABŞ-la da, Rusiya ilə də, Çinlə də münasibətləri yeni çağırışlar əsasında inkişaf etdirir, Vaşinqtonu təkid edir ki, sülh müqaviləsində hegemon niyyətlərini deyil, monopoliyadan uzaq obyektiv baxışını ortaya qoysun.
Ümumilikdə Azərbaycan-ABŞ əlaqələri bundan sonra inkişaf edəcək, çünki Ağ Ev Bakını nisbi əhəmiyyət dərəcələri ilə deyil, böyük önəm kriteriyaları ilə nəzərdən keçirir.
Bayden administrasiyası Azərbaycanla bağlı perspektiv addımlarını diqqətlə dəyərləndirməli və ikitərəfli münasibətlərin dərinləşməsi üçün stimullar hazırlamalıdır. Ən azından nəzərə almalıyıq ki:
1. Cənubi Qafqazdakı yeni reallıq beynəlxalq nəqliyyat dəhlizləri üçün də optimal fürsətlər təqdim edir və ABŞ-ın Mərkəzi Asiya bazarlarına çıxışını yaxşılaşdırırır,
2. Əməkdaşlıqda yeni səhifə ABŞ şirkətlərinin işğaldan azad olunmuş ərazilərində birgə investisiya qoyuluşu ilə açıla bilər.
Bölməyə aid digər xəbərlər