Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bayden: “Yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”

Baxış: 265
“Biz yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.
“Sahibkartv.az” xəbər verir ki, bu fikilər ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə və Azərbaycan xalqına Novruz bayramı münasibətilə təbrikində yer alıb.
“Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - Cozef Bayden qeyd edib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.