22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistana beş maddədən ibarət təklif verməsinin məqsədlərini açıqlayıb.
“Sahibkartv.az”un Türkiyə bürosunun məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir.
"Ermənistana irəli sürülən beş maddəlik təklifin əsas fəlsəfəsi ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsi başa çatandan, yəni 30 illik işğala son qoyulandan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin bu səhifəni bağlamağa hazır olduğunu bildirmişdi. Belə olan təqdirdə Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyə hazırlığını bəyan etmişdi. Bu mesaj Ermənistana təxminən bir il bundan əvvəl verilmişdi. Bir il ərzində bir neçə dəfə bu təklif gündəmə gətirilib.
Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvüdür. Biz həm ikitərəfli münasibətlərin inkişaf etməsində, həm də daha geniş mənada bölgədə sülh, inkişaf və tərəqqinin təmin edilməsi üçün qonşu ölkələr arasında münasibətlərin qurulmasında maraqlıyıq. İndiki vəziyyət, yəni Azərbaycanla Ermənistan arasında faktiki olaraq münasibətlərin, əlaqələrin olmaması, düşmənçiliyin saxlanması nə Azərbaycan, nə Ermənistan, nə də region üçün fayda gətirən deyil. Bundan irəli gələrək Azərbaycan bu addımı atdı. Bir ilə yaxın müddət ərzində Azərbaycan Ermənistandan heç bir konkret cavab almayıb. Bu məsələdə Azərbaycan tərəfi olaraq növbəti addımı atıb xoş niyyətimizi göstərdik.
Məntiqimiz ondan ibarət idi ki, sülh müqaviləsi böyük, ciddi sənəddir və bu, uzun müddət üzərində işləyib razılaşdırmaq anlamına gələ bilər. Ermənistan bu gün bunu etməyə hazır deyilsə, hansısa daxili siyasi proseslər və digər məsələlər baxımından tərəddüd edirsə, bunun şərhini özlərinə həvalə edirik. Prosesi müəyyən mənada onlar üçün asanlaşdırmaq üçün növbəti sənədi təqdim etdik. Azərabycan Ermənistana dövlətlərarası münasibətlərin normallaşdırılması üçün baza prinsipləri və onun çərçivəsini təqdim edib. Əsas hədəf və məntiq də bundan ibarətdir. Sənəddə olan prinsiplərin hamısı beynəlxalq hüquqa əsaslanır. Orada heç bir qeyri-adi müddəalar yoxdur. Hesab edirik ki, həmin təkliflərdən imtina etmək məntiqsiz görünə bilər. Vaxtı qabaqlamaq istəmirəm və qarşı tərəfin cavabını gözləyək. Ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin Azərbaycanla sülh müqaviləsi üzərində danışıqlara başlamaqla bağlı beynəlxalq vasitəçilərə müraciət etmək planları barədə açıqlama verib", - nazir vurğulayıb.
Bölməyə aid digər xəbərlər