28 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
| Qiymətli kağızın ISIN kodu | AZ2057008685 |
| Emissiya həcmi | 20,000,000 manat |
| Nominal qiyməti | 1,000 manat |
| Hərrac qiyməti | 1006,3333 manat |
| İstiqrazların tədavül müddəti | 27 il (9720 gün) |
| Faiz dərəcəsi | 3 % |
| Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir (180 gün) |
| Anderrayter | “İnvest-AZ İ.Ş” QSC |
İKZF-in ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşd





































