20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə fevralın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilib.
Müxtəlif təhsil müəssisələrini təmsil edən 1000-ə yaxın tələbə və könüllülərin iştirak etdiyi fləşmobda əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri Nailə Məmməd-Zadə tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən xoreoqrafik kompozisiya nümayiş olunub, xoreoqrafların ətrafında isə əllərində “Xocalıya Ədalət” çağırışlı plakatlar tutan gənclər toplaşıblar. Həyata keçirilən fləşmob şəhər sakinlərinin diqqətini çəkib və onlar da faciə qurbanlarını yad etmək, həmrəylik nümayiş etdirmək məqsədilə gənclərə qoşulublar.
Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər, layihələr zamanı faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, soyqırımının unudulmaması və beynəlxalq birliyin diqqətinə çatdırılması üçün gənclərin hər zaman fəal olmalarına dair çağırış olunub. Qeyd: Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman "Xocalıya Ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad etməyiniz tövsiyə olunur.
Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə foto və press-relizi, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti info@justiceforkhojaly.orgelektron poçt ünvanına göndərə bilərsiniz.
Bölməyə aid digər xəbərlər