Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hikmət Hacıyev: “Xocalı soyqırımı Ermənistanın məğlubiyyəti idi”

Baxış: 339
“Xocalı soyqırımından 30 il keçir. Bu qətliam təkcə Azərbaycanın deyil, bəşəriyyətin faciəsidir”.
Sahibkartv.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş konfransda bildirib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, Xocalı soyqırımı ilə bağlı Ermənistana heç bir cəza verilməyib:
“Burada beynəlxalq ictimaiyyət bu məsələyə biganə yanaşıb”.
H.Hacıyev əlavə edib ki, Xocalı soyqırımı Ermənistan dövlətinin məğlubiyyəti idi:
“Çünki həmin gün bir dövlət kimi mənəvi əsaslarını itirmiş oldu. Erməni xalqı mütləq Xocalı faciəsinə görə üzr istəməlidir ki, bu qara səhifəni tarixlərindən çıxara bilsinlər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.