“AI-CashFlow” Nağd Pul Axınını Proqnozlaşdırır
22:12 / 24-04-2025
“LearnIQ AI” Dərs Metodikasını Tələbəyə Uyğunlaşdırır
21:47 / 24-04-2025
“StartupScan AI” İdeyanın Uğur Potensialını Qiymətləndirir
21:19 / 24-04-2025
“EcoCalc AI” Biznesin Ekoloji Təsirini Azaltmaqda Yol Göstərir
20:49 / 24-04-2025
“TaxAI” Sahibkarlara Vergi Hesablamasında Kömək Edir
20:30 / 24-04-2025
“HireBot AI” Freelancer Axtarışını Avtomatlaşdırır
20:22 / 24-04-2025
“RetailVision AI” Ticarət Obyektlərində Kamera Məlumatlarından İstifadə Edir
19:44 / 24-04-2025
“VoiceLaw” – Səsli Komanda ilə Müqavilə Hazırlamaq Artıq Mümkündür
19:30 / 24-04-2025
“SkillMatch AI” İşə Qəbulda Namizəd Uyğunluğunu Təhlil Edir
19:19 / 24-04-2025
“AdOpt AI” Marketinq Kampaniyalarını Otomatik Test Edir və Uyğunlaşdırır
18:50 / 24-04-2025
“BudgetBrain” Kiçik Bizneslər üçün Maliyyə Nəzarətçisi Rolunu Oynayır
18:30 / 24-04-2025
“EduAI Career” Tələbələrə Peşə Seçimində Yol Göstərir
18:21 / 24-04-2025
“ShopSense AI” Rəqəmsal Vitrinləri Müştəri Zövqünə Uyğunlaşdırır
17:48 / 24-04-2025
"Pambıq Sahələrində Pilotsuz Monitorinq Texnologiyası Sınaqdan Keçir"
17:30 / 24-04-2025
"Süni İntellektlə İdarə Olunan Mobil Klinikalar Regionlara Yönəldilir"
17:19 / 24-04-2025
“AI-Loyalty” Müştəri Davranışını Öyrənərək Satışları Artırır
16:40 / 24-04-2025
“SmartFund AI” Startaplara İnvestor Tapmaqda Yardım Edir
16:16 / 24-04-2025
Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
16:00 / 24-04-2025
“TradeRadar” Süni Zəka ilə Qlobal Ticarət Trendləri Analiz Edilir
15:43 / 24-04-2025
9 günlük MATƏM elan edildi - Bu ölkədə
15:30 / 24-04-2025
“LegalBot AI” Hüquqi Məsələlərdə Sahibkarlara Dəstək Olur
15:17 / 24-04-2025
TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
14:22 / 24-04-2025
Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
13:21 / 24-04-2025
Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
13:16 / 24-04-2025
DYP avtomobili azyaşlılara etibar edən valideynlərə müraciət etdi
12:18 / 24-04-2025
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
12:07 / 24-04-2025
SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
12:00 / 24-04-2025
Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
10:46 / 24-04-2025
“Ana öləndən sonra hamı qaçıb...” - Ailə həkimləri ittiham edir - Video
10:41 / 24-04-2025
72 illik ənənə sona çatır: İlk dəfə baş katib postunu qadın tuta bilər
İyunda Madriddə keçiriləcək NATO-nun növbəti sammiti təşkilatın tarixinə “ən sürprizli sammit” kimi düşə bilər. Belə ki, alyansın 72 illik tarixi ərzində ilk dəfə baş katib postunu qadın tuta bilər. Hazırkı baş katib Yens Stoltenberq səlahiyyət müddətinin başa çatması ilə əlaqədar oktyabrın 1-də vəzifəsini tərk edəcək və nə qədər qəribə səslənsə də, Norveç Mərkəzi Bankına rəhbərlik edəcək. Təşkilatda seçki proseduru olmadığından yeni baş katibin adı da onda açıqlanacaq. Belə götürəndə baş katib postu böyük önəm daşımır və hər kəsin də bildiyi kimi, təşkilatda əsas söz sahibi Birləşmiş Ştatlardır.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə yayımlayıb.
Bu dəfə prosesi maraqlı edən baş katib vəzifəsi üçün qadın namizədlərin çoxluğudur. Qadın namizədlər məsələsinin elə-belə ortaya atılmadığını deyənlər çoxdur. Özü də nədənsə qadın namizəd məsələsini daha çox rus mediası qabardır. Qərbdə isə indiyədək mövcud olan ənənənin davam etdiriləcəyinə - baş katib vəzifəsinə kişi namizədlərdən birinin seçiləcəyinə daha çox inanırlar. 72 illik tarix ərzində quruma 13 nəfər rəhbərlik edib və onlardan hamısı kişi olub. Amma iddialara görə, hazırda alyansın daxilində bu postu qadın namizədin tutması ilə bağlı konsensus mövcuddur. Baş katib postuna mümkün qadın namizədlərə gəldikdə, bu sırada Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey, Avropa İttifaqı diplomatiyasının sabiq rəhbəri Frederika Mogerini, Almaniyanın müdafiə naziri Aneqret Kramp-Karrenbauer, Litvanın eks-prezidenti Dalya Qribauskayte (dəfələrlə ölkəmizdə olub, Azərbaycanın haqq işini müdafiə edib), Estoniyanın hazırkı baş naziri Kersti Kalyulayd və Xorvatiyanın eks-prezidenti Kolinda Qrabar-Kitaroviç göstərilir.
Qadın namizədlər içində ən şanslısı kimi Estoniyanın hazırkı baş naziri Kersti Kalyulaydın adı çəkilir. Qeyd edilir ki, Rusiya ətrafındakı vəziyyət yeni baş katibin Şərqi Avropa ölkəsindən olması ehtimalını artırır. “Politico” yazır ki, Kertsi ilə yanaşı Kolinda Qrabar-Kitaroviç, Dalia Qribauskayte də şanslı ola bilərlər. Nəşr hesab edir ki, Kersti Kalyulaydın NATO-nun baş katibi postuna şansı Estoniyanın ÜDM-in 2 faizini müdafiə xərclərinə ayrılması tələbinə əməl etməsinə görə artır. Maraqlıdır ki, Estoniyanın baş naziri NATO-nun növbəti baş katibi ola biləcəyi ilə bağlı xəbərlərə özünəməxsus cavab verib. Onun sözlərinə görə, bu, anlaşılmazlıqdır. “Görünür, adım səhvən siyahıda olub” deyə baş nazir Delfi.ee-yə bildirib.
Bununla yanaşı, baş katib postuna şanslı kişi namizədlər də var. Qərb mediası yazır ki, bu dəfə İtaliyanı təmsil edəcək namizəd çox şanslı olacaq. İtaliya mətbuatı iddia edir ki, bu dəfə baş katib postuna Aralıq dənizi regionu dövlətlərindən birinin nümayəndəsi təyin edilməlidir. “İspaniya və Portuqaliya İtaliyaya rəqib hesab oluna bilməz. Çünki bu ölkələrin nümayəndələri artıq beynəlxalq siyasi iyerarxiyada mühüm mövqeləri tuturlar. İspaniyalı Josep Borrell Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıdır, portuqaliyalı Antonio Quterreş isə BMT-yə rəhbərlik edir. Belə olarsa, diqqətlər İtaliyanın namizədinin üzərinə yönələcək.
İtaliya hökuməti isə hələlik iyunda Madriddə keçiriləcək sammitdə namizədinin kim olacağı ilə bağlı qərar verməyib. Namizədlər arasında keçmiş müdafiə naziri Robertu Pinotti və hazırkı müdafiə naziri Lorenzo Querini var.
Başqa bir versiyaya görə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də baş katib postuna iddialılar sırasındadır. Diplomatik mənbələr “The Times”a bildiriblər ki, keçmiş Nazirlər Kabineti katibi və milli təhlükəsizlik müşaviri Lord Sedvillin də dəstəklənə bilər.
Keçmiş baş nazir Devid Kemeronun bu vəzifəni tuta biləcəyi ilə bağlı xəbərlər də var idi, lakin onun fransızların dəstəyini alacağı ehtimalı azdır. “NATO-nun üzvlərindən bir çoxları Ben Uollesin baş katib ola biləcəyini düşünürlər”, - deyə mənbə bildirib. O, Ukrayna böhranını müzakirə etmək üçün keçən həftə Stoltenberq və digər yüksək vəzifəli rəsmilərlə görüşüb. Onun özünün bu postu tutmaq istəyib-istəmədiyi hələlik məlum deyil.
Son olaraq bir məsələyə də toxunmaq istərdik. 70 ildir alyansın mühüm və etibarlı üzvü olan Türkiyə namizədinin adı bu dəfə də hallanmır. Halbuki, Ankara Kosovodan Əfqanıstana, Aralıq dənizindən Afrikaya qədər bir çox NATO missiyalarını fəal şəkildə dəstəkləyib. NATO üzvləri arasında ABŞ-dan sonra ən böyük hərbi gücə malik olan Türkiyənin bir neçə şəhərində komandanlıq fəaliyyət göstərir. 2012-ci ildə Türkiyə NATO büdcəsinə ən yüksək töhfə verən 10 üzvdən biri olub. Bütün bunların fonunda yenə də qardaş ölkənin adı çəkilmir.
NATO ilə sıx münasibətlərə malik Azərbaycan üçün də yeni baş katibin kimliyi böyük önəm kəsb edir. Nəzərə alaq ki, NATO və Azərbaycan 1994-cü ildən Alyansın “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Bu çərçivədə ölkəmiz NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak edir. Eyni zamanda, Azərbaycanın NATO təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə keçirilən təlimlərdə fəal iştirakı da vurğulanmalıdır. Bu gün Azərbaycan həm də NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-02-2022, 23:39 Oxunub: 206
Bölməyə aid digər xəbərlər
15-02-2022, 14:26
NATO baş katibindən İlham Əliyevə zəng gəldi: Məqsəd nədir? – ŞƏRH
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
14-12-2021, 09:57
Azərbaycan-NATO münasibətləri: Əməkdaşlıq dərinləşəcək - ŞƏRH
28-10-2021, 20:38
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub – FOTO
10-10-2021, 18:03
Qazaxıstanla Rusiya arasında “dil müharibəsi” başlaya bilər
28-08-2021, 22:17
“Taliban” Qafqaz üçün təhlükədir?
28-08-2021, 14:35
Gürcüstan xarici siyasət prioritetlərini dəyişir?
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
25-08-2021, 10:35
Prezidentdən beynəlxalq təşkilatlara mesaj: “Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etdi!”
10-06-2021, 13:50
G7 sammiti - ƏSAS GÖZLƏNTİLƏR
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
4-03-2021, 13:18
Dövlət qulluğuna test imtahanlarının vaxtı bəlli oldu
6-02-2021, 11:40
Ali Hərbi Məktəbdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul qaydaları açıqlandı - VİDEO
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI