Day, Month 00, Year
00: 00: 00 AM
Prezidentin Qarabağ iqtisadi rayonuna səfəri və ərzaq təhlükəsizliyinə töhfə

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkədə böyük müəssisələr və iqtisadi infrastruktur formalaşdırıb. Son illərdə istifadəyə verilən yeni sənaye parklarının əsas hədəfi daxili istehsalın artımına, əhalinin istehlak mallarına olan tələbatının qismən ödənilməsinə, məşğulluq məsələlərinin həllinə yönəlmişdir.
Bu gün ölkəmizdə stabil iqtisadi mühitin formalaşması istiqamətində, eləcə də davamlı iqtisadi inkişaf modelini xarakterizə edən mükəmməl idarəçilik modeli tətbiq etməklə Azərbaycan postpandemiya və postmüharibə dövründə yeni bir mərhələyə qədəm qoyub. 
13 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev bütün ölkənin inkişafını xarakterizə edən, habelə bu çətin dövrdə davamlı inkişafı təmin edə biləcək növbəti səfərini Qarabağ iqtisadi rayonuna – Ağcabədi və Ağdam şəhərlərinə etdi.
Bu səfər bir daha onu göstərir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva üçün nəinki işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri diqqət mərkəzindədir, hətta bütün digər rayon və şəhərlərimiz də paralel olaraq inkişafdan geri qalmamalıdır.
Erməni faşistləri tərəfindən viran qoyulmuş, “Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhərində “Azərenerji” ASC-nin “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarının olunması, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlinin qoyulması Ağdamı bu yaxın vaxtlarda bütün azərbaycanlıların və Azərbaycana səfər edəcək qonaqların səyahət edə biləcəyi mərkəzi şəhərə çevirəcəkdir.
Səfər çərçivəsində eyni zamanda Ağcabədi rayonunda bölgənin turizm və kənd təsərrüfatı potensialının daha da gücləndirilməsinə xidmət edəcək Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışı, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək “Ağcabədi taxıl Aqropark”da infrastrukturun yaradılması, yenidən qurulan “Ağcabədi” yarımstansiyasının və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin açılışı bu günə qədər regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilmiş 4 Dövlət Proqramının davamlılığına, habelə postmüharibə və postpandemiya dövrü üçün zəruri iqtisadi subyektlərin yaradılmasına və ölkənin iqtisadi potensialının dayanıqlılığına xidmət etməkdir.
Bu gün doğrudan da Prezidentin tapşırığına əsasən hökumətin aidiyyatı strukturları ardıcıl tədbirlər həyata keçirməklə iqtisadi artım tempini qoruyub saxlamağın, eyni zamanda insanları bu gün daha çox maraqlandıran işsizlik probleminin həll olunmasının da vacibliyini ortaya qoyur.
İstər yeni yaradılmış infrastruktur layihələri, istərsə də insanların normal yaşayıb yaratması üçün tikilmiş obyektlər ümumilikdə Azərbaycanda daim hökumət tərəfindən müzakirə olunan bir çox məsələlərin həllinə də kömək edə bilər


Tarix: 17-02-2022, 09:42 Oxunub: 163


Bölməyə aid digər xəbərlər