Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan “Expo-2020 Dubai”dəki Azərbaycan pavilyonunu ziyarət edib – YENİLƏNİB+FOTO

Baxış: 545
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmiriklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində Dubayda keçirilən “Expo-2020” sərgisindəki Azərbaycan pavilyonunu ziyarət edib.
Bu barədə məlumatı Prezidentin mətbuat katibliyi yayıb.
Dövlət başçısı pavilyonda təqdim edilən layihələrlə tanış olub, həmçinin Azərbaycan musiqiçilərinin ifasında milli musiqilərimizi dinləyib.



Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendi ziyarət edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, R.T.Ərdoğan Azərbaycanla yanaşı, Türkiyə və BƏƏ stendlərini də gəzib.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.