Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri saxlanılıb.“Rustavi 2” telekanalı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları eks-prezidentin kürəkənini Qara dəniz sahillərində yerləşən Şekvetili kurort qəsəbəsində tutublar.
İlkin məlumata görə, M Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılmasında ittiham olunur.





































