Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rəşad Sadıqovun üç köməkçisi və dörd yeni futbolçusu bilindi - RƏSMİ

Baxış: 311
“Zirə” PFK-nın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, bundan sonra makedoniyalı Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Bundan başqa, komanda yeni futbolçularla müqavilə bağlayıb. Qəsəbə komandası Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, məşçilərdən Eltun Yaqublu, futbolçulardan Şəhriyar Rəhimov ötən mövsüm “Səbail”də oynayıb. Ruslan Qurbanov isə “Keşlə”nin futbolçusu olub. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.