17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
09:54 / 22-11-2024
09:49 / 22-11-2024
22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
Azərbaycanda çox lazımsız bir ənənə formalaşıb. İş burasındadı ki, bunu hamı görür, ancaq reaksiya verən yoxdur. Məsələn, biri övladına toy edir.
Görürsən ki, məclisə 300-400 adam dəvət edib. Toy başlayan kimi, ata mikrafonu əlinə alıb, xoşgəldim edir. Bir çox hallarda nəyin şahidi oluruq? Valideyn deyir:
“ Hörmətli qonaqlar, məclisimizdə filan rayonun prokuroru olan , çox hörmətli qonağımız iştirak edir. Gəlin , hamılıqla onu salamlayaq”. Təbiidir ki, xüsusi təqdim olunan şəxslərin daşıdığı vəzifələr fərqli də ola bilər.
Həmin valideyn məclisdə iştirak edən yerdən qalan 400 nəfəri xüsusi təqdim edilən vəzifəlinin yanında qaldırıb göyə, yerə vurmaqla nə qazanmış olur? Heç nə!
Bəs digər adamları niyə salamlamır? Məgər onlar əziyyət çəkib gəlməyib, yoxsa toya pul salmayacaqlar? Xoşgəldin etmək heç kimi xüsusi fərqləndirməklə deyil, ümumi şəkildə hamıya xitabən olmalıdır.
Sadəcə, cəmiyyətimizdə geniş şəkildə təşəkkül tapan “girməyin” növbəti modelini ortaya qoymaqla, özünə əl yeri qoyur ki, nə vaxtsa həmin vəzifəlinin qapısına gedəndə, onun edəcəyi xahiş geri çevrilməsin.
Başqa bir misal. Birinin valideyni dünyasını dəyişir. Anasının və atasının şəkilini “Feysbook”a qoyub, bu məlumatı bölüşür. Görürsən ki, 200-300 arası başsağlığı verən var. Hamı bir ağızdan “Allah rəhmət eləsin!” yazır.
Ölü yiyəsi həmin adamların içindən vəzifəli və ya çox tanınmış bir adamım yazdığı başsağlığıya personal cavab verir: “ Filankəs müəllim, çox sağ olun ki, dərdimizə şərik oldunuz!”
Bəs, o biri yazılanlar başsağlığı yox, toya dəvətdi? Bu ayrıseçkilik nəyə lazımdır?
Deyə bilərsiniz ki, bunu edənlər ola bilər savadı az olan, dünyagörüşü zəif adamlardı. İndi gəlin televiziyalarımızda hazırlanan verilişlərə nəzər yetirək.
Görürsən ki, bir verilişə 3-4 nəfər ekspert dəvət edilib. Hamısı eyni səviyyəli, eyni hündürlükdə olan masalarda əyləşdirilir. Deməli, onların həmin verilişdə statusları da eynidir.
Şahidi oluruq ki, aparıcı hansısa professoru, elm adamını cəmiyyətə ağızucu təqdim edir, ancaq barəsində birmənalı münasibət olmayan, hətta adları xəstələrə qarşı kütləvi fırıldaqlar etməkdə hallanan hansısa həkimin barəsində isə “uzman, qılman” deməklə , az qala barəsində 10 dəqiqəlik təmtəraqlı mülahizə söyləyir.
Eyni ranqda dəvətlilərə, eyni ranqda platforma verilən şəxslərə bərabər münasibətin sərgilənməməsi çox ədalətsiz olmaqla yanaşı, həm də əxlaqla uzlaşmayan hərəkətdir. Buna hamılıqla diqqət etməliyik!!!
Məhəmmədəli QƏRİBLİ
Bölməyə aid digər xəbərlər