Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı” - FOTO

Baxış: 384
"Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib”.
Bunu Oxu.Az-a iyulun 13-nə keçən gecə Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov deyib.
Şəhid atası oğlunun mərd, vətəni canından çox sevən olduğunu deyib:
“Xəyyam torpağına bağlı oğul idi. Çox vətənpərvər ruhda bir əsgər idi. Hər dəfə onunla telefonda danışanda “Məndən narahat olmayın, vətənimə xidmət edirəm” deyirdi. Sonuncu dəfə Xəyyam babası ilə danışmışdı.
İki gün əvvəl babası ilə hər birimizə salamlarını, sevgilərini göndərmişdi. İndi isə oğlum şəhid oldu. Mən 4 il hərbi xidmətdə oldum, şəhid adını qazana bilmədim. Amma fəxr edirəm ki, mənim oğlum şəhid adını qazandı. Vətən sağ olsun. Bütün şəhid ailələrinə səbr diləyirəm. Allah rəhmət eləsin”.
Şəhidin əmisi Cümşüd Daşdəmirov da Vətən uğrunda şəhid olan bütün oğullara Allahdan rəhmət diləyib:
“Bizim üçün çox ağırdır. Xəyyam çox cəsur, igid oğul idi. Vətən yolunda xidmətə getdi. Vətən yolunda da canından keçdi. Allah bütün şəhidlərə rəhmət eləsin!”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.