21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə “Zərbə” adlı əməliyyat keçirmək üçün Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir sıra şəhərlərinə Sovet ordusunun 26 000 nəfərdən ibarət bölməsi göndərildi. Hərbi istila nəticəsində 147 dinc sakin öldürüldü və 744 nəfər yaralandı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” adı ilə düşdü.
Sahibkartv.az bu hadisələrin şahidləri ilə danışıb.
“O zaman yeddi yaşım var idi. 16 yanvarda bacımı uşaq bağçasından götürdüm, evə getdik, anamın işdən gəlməsini gözlədik. Hələ o vaxt şəhərdə mitinqlər keçirilirdi, Bakıdan çıxış bağlanmışdı və anam o vaxt yaşadığımız Xırdalana piyada gəlirdi. Atam məsul bir vəzifə tuturdu, bu səbəbdən işdən evə gələ bilmirdi. Ertəsi gün valideynlərim Bakıdakı qohumlarını ziyarət etmək qərarına gəldilər. Hələ uşaq olduğuma baxmayaraq, böyüklərin baş verənlərdən nə dərəcədə narahat olduqlarını görürdüm”, - deyə Əşrəf Həsənzadə olanları danışır.
Qeyd etmək lazımdır ki, bu faciəli hadisələrdən əvvəl Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, erməni şovinistlərinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Bölgəsindəki təcavüzkar separatçılıq fəaliyyəti və sovet rəhbərliyinin bu qanunsuz fəaliyyətlərə biganə qalması, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan məcburi şəkildə deportasiyası baş vermişdi. Bütün bunlar Azərbaycanda sovet rejiminə qarşı hərəkatın güclənməsinə səbəb oldu.
1990-cı ilin yanvarın 19-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq 20 yanvar tarixindən etibarən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında bir fərman imzaladı.
“Sıravi vətəndaşlar Bakıda fövqəladə vəziyyətin nə vaxt tətbiq olunduğunu belə bilmirdilər. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi bölməsi olan “Alfa” Azərbaycan televiziyasının enerji blokunu partlatdı, bununla əlaqədar televiziya yayımı dayandırıldı. Hər şey sovet qoşunlarının Bakıya girməsi və mülki insanları amansızcasına qətlə yetirməsi ilə sona çatdı”, - deyə Ə.Həsənzadə olanlar barədə danışır.
O, vurğuladı ki, insanlar onlarla niyə belə rəftar edildiyini anlamırdılar, sanki Bakı qanlı bir örtüklə örtülmüşdü.
“Yanvarın 20-də atam bizi evimizə, Xırdalana aparmağa qərar verdi. Və biz tam olaraq qırğın baş verən yerlərdən keçdik. Xırdalanın girişində üstündən tank keçmiş maşın gördük. Ölənlərin cəsədləri avtomobildə idi, ətrafda hər şey qan içində idi. Sonradan ölən dörd nəfərin alim olduğu ortaya çıxdı”, - deyə Əşrəf Həsənzadə sözlərini yekunlaşdırdı.
“Anam Gülmira Bağırova o dövrdə təcili tibbi yardım stansiyasında həkim işləyirdi. 1990-cı ilin yanvarın 19-da o, bizimlə sağollaşaraq işə getdi. Həmin vaxt iki yaşım var idi, nə baş verdiyini anlayacaq yaşda deyildim. Bacım və mən böyüdükdən sonra anam həkimlərə yaralıları daşıma imkanının verilməməsindən danışırdı. Onun sözlərinə görə, Filarmoniyanın yaxınlığında təcili yardım maşının qabağını bir tank kəsib, onlara yol verilməyəcəyi barədə təhdidlər irəli sürüb, sonra isə onlara atəş açılıb. Anam da güllə yağışına tutulanlar arasında olub. Həmin vaxt onun həmkarı – həkim Aleksandır Marxevka həlak olub. Anam hər zaman onu dərin kədərlə xatırlayır. Marxevkanı az adam tanıyır, halbuki, o, zərərçəkən dinc sakinləri xilas edənlərdən biri olub…
Anamın dediklərini eşidəndə insanın damarlarında qanı donur: həkimlər ölənlərin qalıqlarını toplayıblar, qohumları isə əzizlərinin qalıqlarını geyim parçaları ilə tapıblar... Anam indi də bu barədə danışmağı sevmir, baş verənləri xatırlamaq onun üçün ağırdır”, - deyə paytaxt sakini Elvira Bağırova danışır.
“O günü yaxşı xatırlayıram. Bakı Dövlət Universitetində birinci kursda təhsil alırdım və həmin gün ilk imtahanımı verməliydim. Mən o zaman qanlı hadisələrin baş verdiyi yerlərdən birinin yaxınlığında, Hüseyn Cavid prospektində yaşayırdım, həmin vaxt ora Nəriman Nərimanov prospekti adlanırdı”, - deyə İlqar Vəlizadə xatırlayır.
“Televiziya yayımı olmadığı üçün nə baş verdiyini yalnız təxmin edə bilirdik. Yanvarın 19-dan 20-nə keçən gecə saat 03:00 radələrində bir səs eşitdim, eyvana çıxanda küçə boyu tankların hərəkət etdiyini gördüm. Bir çox yaşayış binası atəşə tutulmuşdu. Başa düşmədiyim səbəbdən hərbçilər eyvanlara və pəncərələrə atəş açırdılar, nəticədə insanlar öldü. Anam məni eyvana buraxmırdı, amma mən gənc idim, mənə maraqlı gəlirdi və əlbəttə ki, onun məsləhətlərinə əhəmiyyət vermədim. Təsəvvür edin, eyvana çıxdım və iki güllə yanımdan keçdi”, - deyə İ.Vəlizadə bildirir.
Onun dediyinə görə, ertəsi gün universitetə gələndə tələbələrin artıq qiymətlərinin yazıldığını öyrənib.
“Müəllimə müraciət etdim və o, mənə maraqlı bir cümlə dedi: “İndi xalqımız imtahan verir, sən isə artıq keçmisən”. Sonradan anladıq ki, imtahana getməklə həyatımızı riskə atmışdıq, çünki neçə-neçə vətəndaşımız güllə yarasından ölmüşdü, sovet ordusunun tankları altında qalmışdı. Onların hamısı şəhərlərini silahsız qorumağa çalışan mülki şəxslər idi”, - deyə İlqar Vəlizadə sözlərini yekunlaşdırıb.
Sonda qeyd edək ki, 31 il əvvəl törədilmiş qanlı 20 Yanvar hadisələri beynəlxalq birlik tərəfində siyasi və hüquqi qiymətləndirilməlidir. Bu dəhşətli faciə nəticəsində BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Beynəlxalq hüquq normalarına görə, 20 Yanvar hadisələri bəşəriyyətə qarşı cinayət kimi xarakterizə olunmalı, onun təşəbbüskarları və icraçıları cəzalandırılmalıdır.
Bölməyə aid digər xəbərlər