14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Kubra Məhərrəmova yazır…
1990-ci il 20 yanvar tarixində mənim 7 yaşım var idi.
Gecə atam evdən getmişdi. Nə vaxt qayıtması yadıma gəlmir.
O gecə çox atalar evə qayıtmadı, bəzi uşaqlar isə elə uşaq yaşında qaldı, daha böyümədi.
Atamın “Larisanı öldürdülər” harayı hələ qulağımdadı. Heç vaxt ölümü görməyən, Larisanı tanımayan uşaq dəhşətin tam ortasında olmasının fərqində deyildi.
Anamın “güllə səsi gəlsə, çarpayının altında gizlənin” tapşırması, küçələrdə rus əsgərinin avtomatla, tank üstündə gəzməsi, anlaşılmaz hadisələr absurd və dəhşət filminə bənzəyirdi.
Amma reallıqda havada ölüm qoxusu vardı. Küçələrdə rus qoşunları tərəfindən öldürülmüş insanların meyiti var idi. Hər yer qara idi.
Anam həmin gün eyvandan qara bayraq asdı. Matəm simvolu, ölüm simvolu qara bayraq. O gün çox evlərdə qara bayraq asılmışdı. Hava da qara idi. Qar yağırdı deyəsən, dəqiq yadımda deyil.
Hava da şaxta idi. Mənim yadımda elə qalıb. 31 il ərzində 20 yanvar günü havanın günəşli olması yadıma gəlmir. Həmişə soyuq-sazaq olur. Elə bilirəm hamı üşüyür o gün.
Bir də hər yerdə qırmızı qərənfillər vardı. Yerdə, divarda, pəncərələrdə. Qırmızı qərənfillər ölümün işarəti idi. Yəni dünən gecə burada kimsə şəhid olmuşdu...
7 yaşıma boylananda küçədən gələn nalə, qarğış, ağı səsi eşidirəm. Şaxtalı hava, mafələr, yasin oxuyan molla, insan seli, qara Bakını görürəm...
İnsan selinin bir dayanma nöqtəsi var idi, “Şəhidlər xiyabanı”. Hamı ora axışırdı. Ora şəhidlərin son mənzili idi.
İlk dəfə açıq məzarı orada görmüşdüm.
Xiyabanda başında “norka” papaq olan kişilər məzarın içində nəsə edirdilər. Torpağın rəngi isə görünmürdü, hər yer qırmızı qərənfil idi.
Xiyabanın ilk məzarı isə “gəlin-bəy” məzarı idi. İlham və Fərizə, onların həyat hekayətini isə sonra bildim. Məktəbdə danışdılar deyəsən. Sonra hər il 20 yanvar günündə məktəbdə bizə şeir əzbərlədər, başımıza qara kəlağayı örtərdilər. Uşaqdan-böyüyə bütün xalq illər uzunu matəmdə idi. Lakin mübariz idi, polad idi, sınmadı, məhv olmadı.
31 il sonra yenə bunları xatırlamaq, keçmişə qayıtmaq asan deyil. Amma bu tarixdir, bu həqiqətdir, heç vaxt unudulmayacaq tarix. Qan bahasına yazılan tarix.
Bakı buxtasında olan gəmilərin dünyaya “SOS” siqnalı verməsidir tarix. Həmin dənizçilərin sovet ordusu ilə qeyri-bərabər döyüşə çıxmasıdır tarix. Sovet ordusunun gəmiləri güllə-boran etməsidir tarix.
Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin bəyanatıdır tarix. Əsəbi halda Sovet rejiminə etdiyi üsyandır tarix.
Azərbaycanın bütün şəhər və kəndlərindən insanların Bakıya axışmasıdır tarix. Şəhidləri dəfn etmək üçün, onların ruhunu yad etmək üçün birləşən xalqdır tarix. Tanklar altında əzilən, lakin qüruru sınmayan xalqdır tarix.
Sovet İmperiyasının süqutudur tarix. Onun sütunlarını məhv edən Azərbaycan xalqının qəhrəmanlığıdır tarix.
90-cı ildə ilk şəhidlərini verən Azərbaycan bu gün güclüdür, qalibdir. 31 il sonra Azərbaycan ilk dəfə 20 yanvarı qalib kimi, övladlarının qisasını almış kimi qeyd edir.
Qürurla qeyd edir bu dəfə. Əgər 31 il əvvəl eyvanlardan qara bayraq asılmışdısa, bu gün eyvanlardan qələbə rəmzi, birlik rəmzi Azərbaycan və Türkiyə bayraqları asılıb. Bir yerdə dalğalanır, günəşin altında bir yerdə bərq vurur. Ay-ulduzlar qoşa parlayır. Göz yaşımıza səbəb bu dəfə çarəsizlik, ölüm deyil, övladlarımızın düşmən tərəfindən qətli deyil, qürur və qələbədir. Yenə də qan, can bahasına əldə olunan qələbə.
Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Bu mütləq ki, belədir.
Azərbaycan yenə bütöv oldu, böyük oldu. 90-cı ildən itirə-itirə gedən Azərbaycan 2020-ci ildə torpağını, namusunu geri qaytardı. Düşmən əsirliyində olan milli qürurunu özünə qaytardı. Bu gün qara bağlamaq, qara geyinmək gücsüzlük rəmzi deyil, şəhidlərin ruhuna olan ehtiramın təcəssümüdür.
İllər boyu düşmənin bizi matəm rəngində görməsi, sevinməsi bu gün öz başına gəldi. “Dəmir yumruq” düşməni elə qara günə qoydu ki, birdə çətin gözü başqa rəng görə. 20 yanvar faciəsinin üstündən 31 il keçəndən sonra qalibiyyəti, qüruru yaşamaq bizim haqqımız idi. Şəhidlərimiz qarşısında olan borcumuz idi.
Qara bitdi. Daha məktəblərdə uşaqların başına qara örtməyin, daha anaların başına qara örtməyin.
Bu gün yenə hava soyuq-sazaqdır. Amma daha üşümürük. Deməli ki, səbəb hava deyilmiş.
Bölməyə aid digər xəbərlər