Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq - RƏSMİ

Baxış: 399
Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.
Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. 
Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.