17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Elşad Məmmədov: “Bölgənin inkişafı ölkədəki idarəetmə siyasətindən və eyni zamanda bölgədə və dünyada gedən proseslərdən asılı olacaq”
Nəriman Ağayev: “Azad edilmiş torpaqların dirçəldilməsi üçün 120 milyard dollar civarında vəsait əldə oluna bilər”
Önümüzdəki illərdə, bir vaxtlar Qarabağdan qaçmağa məcbur olan vətəndaşlarımız, təxminən otuz ildir Ermənistanın işğalı altında olan bölgələrə qayıtmağa başlayacaqlar. Və Azərbaycan torpaqlarının azad edilməsindən çox az vaxt keçməsinə baxmayaraq, ekspertlər artıq köçürülmə ssenarilərini proqnozlaşdırırlar.
Beləliklə, Milli Məclisin deputatı Ramil Həsən daha əvvəl mətbuata verdiyi açıqlamada, lazımi infrastruktur yaradıldıqdan sonra hər il, təxminən 15 min nəfərin azad edilmiş ərazilərə köçürüləcəyini söylədi. Onun sözlərinə görə, məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra aktual məsələlərdən biri də dövlətin Bakı və digər bölgələrdə məcburi köçkünlər üçün tikdirdiyi evlərin taleyi olacaq. Dövlətin şəhid ailələrinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün sosial layihələrinin olduğunu qeyd edən deputatın fikrincə, qaçqınların evlərinə köçürülməsindən sonra əlaqədar dövlət qurumları Vətən uğrunda vuruşan şəhid ailələri və qaziləri nəzərə almaq üçün müəyyən addımlar atacaq.
UNEC-in professoru, iqtisad elmləri doktoru Elşad Məmmədov isə hesab edir ki, azad edilmiş ərazilərə köçürülən sakinlərin sayı, orada aparılacaq tikintinin miqyası barədə danışmaq yalnız elmi cəhətdən əsaslandırılmış təhlilə əsaslanmalıdır. Onun dediyi kimi, bu ərazilərin daxili iqtisadiyyatın regional kontekstində inkişaf potensialı mövcuddur. Ancaq onun həyata keçirilməsi ölkədəki makroiqtisadi siyasətdən asılı olacaq.“Bazarın hər şeyi öz-özünə təşkil edəcəyinə ümid edən bir siyasət varsa, yalnız bazarın həmin an üçün ehtiyac duyduğu sahələr inkişaf edəcək. Xarici investorları gözləyiriksə, bu bölgələrdə yalnız həmin investorlar üçün faydalı olacaq sahələr inkişaf edəcək. Amma dövlət üzərinə götürməli olduğu vəzifəni götürsə, yəni bütün milli iqtisadiyyatın inkişafını strateji olaraq planlaşdırırsa, o zaman xüsusilə azad edilmiş ərazilərdə və bütövlükdə ölkədə iqtisadi artım olacaq. Bunun üçün ilkin şərtlər var, çünki iqtisadiyyatımız demonetizasiya olunmadığından, investisiya artımı, əlverişli demoqrafik vəziyyət, əmək ehtiyatlarında artım, genişləndirilmiş istehsalın bütün komponentləri üçün potensial var”, - mütəxəssis bildirib.
Məmmədov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının potensialını şişirtmək olmaz, bununla yanaşı onu qiymətləndirməmək də səhv olardı: “Ancaq bölgənin inkişafı ölkədəki idarəetmə siyasətindən və eyni zamanda bölgədə və dünyada gedən proseslərdən asılı olacaq. İqtisadi inteqrasiya bölgə ölkələri üçün faydalı olarsa, yeni bir investisiya siyasəti olarsa, bu, inkişaf və yeni iş yerləri, işsizliyə qarşı təsirli bir mübarizəyə çecriləcək. O zaman təbii ki, azad edilmiş torpaqlara qayıtmaq istəyən insanların sayı daha çox olacaq”.
Qaçqınlar üçün tikilən evlərə gəldikdə, professorun sözlərinə görə, həmin evlər müxtəlif məqsədlər üçün istifadə edilə bilər: “Əsas odur ki, mənzil problemi ilə üzləşən gənc ailələrə verilə biləcək mənzillər var. Ölkənin rifahı naminə çalışan gənc ailələrin dövlətdən mənzil aldığı Sovet illərindəki təcrübəyə qayıtmaq məsləhət olardı. Bu təcrübə cəmiyyətin istehsal güclərinin inkişafına, əhalinin rifahının qorunmasına faydalı təsir göstərə bilər. Güzəştli şərtlərlə verilən boş mənzillər belə, ailələrə yaxşı kömək ola bilər. Bu gün bir çox gənc ailələr gəlirlərinin əsas payını kirayə mənzillərə xərcləyir və özlərini, uşaqlarını sosial və humanitar baxımdan inkişaf etdirə bilmirlər. Mənzillərlə bağlı kömək olarsa, gəlirlərini bu məqsədlərə yönəltmək üçün qaynaqlar ala bilərlər”.
Getdikcə artan əhalinin sayını mənzillə təmin edən sosial komponentlə yanaşı, bu, ölkə daxilində alıcılıq qabiliyyətinin artması, effektiv tələbin artması, daxili bazarın genişlənməsi, ölkədə iqtisadi artımın stimullaşdırılması baxımından son dərəcə vacibdir.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, 15 min nəfər, təxminən 4 min ailə deməkdir ki, bu da çox kiçik rəqəmdir: “Köçkünlərin sayı barədə proqnoz vermək hələ tezdir, çünki Qarabağda insidentlər zaman-zaman baş verməyə davam edir və hələ də tam sakitlikdən danışmaq olmur. Ancaq yaxşı hazırlıq işlərindən sonra, 2022-2023-cü illərdə ildə 100 minə qədər insanın köçürülməsi mümkün olacaq”.Ekspert azad edilmiş zonada ən az 100 min iş yerinin yaradılacağını düşünür: “Bu məqsədlər üçün vəsait var, işləyən əllər də var, əsas siyasi iradədir. Türkiyə 20 milyard dollar sərmayə qoymağa hazırdır. Digər xarici sərmayələri və dövlət fondlarını cəlb etmək mümkündür, nəticədə 120 milyard dollar civarında bir məbləğ əldə edəcəksiniz. İnkişafı əngəlləyən mənfi amillər arasında yalnız erməni terror qruplarını ayırmaq olar, ancaq onlar da bir həftə içində məhv edilə bilər”.
Ağayev dövlətin məcburi köçkünlər üçün tikdirdiyi evlərdən danışarkən, bunun onların deyil, dövlətin əmlakı olduğunu vurğulayıb: “Bu evlərdə mənzilləri əhaliyə ipoteka krediti hesabına satmaq mümkün olacaq. Arzu edənlər çox olacaq. Bu evlərin şəhid ailələrinə verilə biləcəyinə gəlincə, buna az ehtimal verirəm. Əksər şəhid ailələri, çox güman ki, indi yaşadıqları yerlərin yaxınlığında mənzil almağa üstünlük verəcək”.
Bölməyə aid digər xəbərlər