14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Uzun illərdir Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşgul olan İlham Məmmədov bu gün paradoksal və absurdlu bir vəziyyətdə olduğunu bildirir.
Sahibkar müraciətində bildirdi ki, sərtləşdirilmiş karantin rejimi dövründə fəaliyyət sahəsinə icazə verilsə də özünə və işçilərinə “İcaze.e-gov.az” portalı vasitəsi ilə elektron icazələri aktivləşdirə bilmir:
“9108 çağrı mərkəzindən səbəbini soruşanda, bildirdilər ki, “fəaliyyətinə icazə verilən şəxslər barədə məlumatı sistemə Dövlət Vergi Xidməti inteqrasiya edir, sizin VÖEN-iz icazə verilənlərin siyahısında yoxdur”. Nazirlər Kabinetinin Operativ Qərargahı ilə əlaqə saxladım, fəaliyyətim haqqında ətraflı məlumat verdim, cavab olaraq bildirdilər ki, bizim fəaliyyətimizə icazə verilir. Vergi Xidmətinin çağrı mərkəzinə Nazirlər Kabinetindən aldığım məlumatı bildirdim. Çağrı mərkəzinin əməkdaşı bununla razılaşmadı, onun fikri ilə biz fəaliyyətimizi davam edə bilmərik və tövsiyyə etdi ki, əgər mən bununla razılaşmıramsa yazılı olaraq müraciət edim. Etdim, müraciətimdə hətta bildirdim ki, yolda yüküm var və çox yaxın günlərdə Azərbaycana daxil olmasını gözləyirik. Bldirdim ki, bu yükün biz gömrük rəsmiləşdirilməsini, terminalda yükə baxışını və anbarımıza boşaldılmasını təmin etməliyik, biz yükü daşıyan avtomaşını (TIR) 48 saat ərzində boşaltmalıyıq, əks halda hər bir gecikmə gününə görə 100 (yüz) ABŞ dolları cərimə ödəməliyik, üstəgəl avtomaşını gömrük terminalında saxladığımız üçün bu terminalın haqqınıda ödəməliyik. 15 Dekabr 2020 il tarixdə Vergi Xidməti mənə cavabında bildirdi ki, bizim fəaliyyətimizə icazə verilmir. Səbəb - uçot məlumatların uyğun gəlməməsidir. Paradoksal bir vəziyyətlə qarşılaşmışıq, qərarı qəbul edən Azərbaycan Respublikası Nazirlər Kabineti hesab edir ki, biz fəaliyyətimizi davam edə bilərik, Dövlət Vergi Xidməti isə yox”.
Sahibkarın sözlərinə görə, ortada 488 saylı qərarın fərqli anlamı mövcuddur:
“Bu gün, fəaliyyəti bizimlə eyni olan digər şəxslərə bu icazələr verilib. Absurd budur ki, mənim müəyyən bir ərazi üzrə olan nümayəndəmə (distribyutor), bu ayrıca bir vergi ödəciysidir, özünə və işçilərinə icazələr verilib, amma bizə yox. Yəni bu nümayəndənin işi bizim fəaliyyəti müəyyən bir ərazidə aparmaqdır. Kimə bu haqda danışmışam – hamısı gülüb. Amma mənim gülməyim gəlmir. İqtisadiyyat Nazirliyinin özünün və tabeliyində olan Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə bu faktaları söyləyib soruşdum ki, bunu necə izah etmək olar? Dedilər ola bilsin ki, həmin şəxslərin fəaliyyət növünün kodu fərqlidir”.
Sahibkar bildirdi ki, kod yalnız rəqəmlər toplusudur, “bu rəqəmlər toplusunu dəyişməklə bizim fəaliyyətimiz dəyişmir. İşimiz və məhsulumuz dəyişmir. Mənə verilən cavabdan belə çıxır ki, fəaliyyət növünün özü vacib deyil, vacib olan koddur. Bu məntiqlə çıxış edərkən alınır ki, fəaliyyət müvafiq qərara zidd olsada, seçdiyin kod uyğun olsun. Bu yetərlidir – fəaliyyətinizə icazə veriləcək.
Bu yükün gömrük rəsmiləşdirilməsini necə edəcəm, cavab verməkdən yayınırlar. Misal: Mən sabah gedib şəxsiyyət vəsiqəmi dəyişəndə, vəsiqənin nömrəsi dəyişəcək, mən hətta adımı da dəyişə bilərəm, amma bu o demək deyil ki, mən dəyişmişəm – həmin şəxsəm. Eynilə sabah yeni telefon nömrəsi ala bilərəm və bununla rəqəmlər dəyişəcək, amma telefon özü dəyişmir və həmin funksiyanı yerinə yetirir, abonent dəyişmir.
Mənə verilən cavabdan çıxış etsəm, bəyan edə bilərəm ki:
1. Mən 15 Dekabr 2020 tarixdə karantin rejimini pozmuşam – gedib işçilərimin əmək haqqı kartlarına avans yükləmişəm;
2. Mən 16 Dekabr 2020 tarixdə karantin rejimini pozmuşam – gedib idxal olunan yükümüzün Qısa idxal bəyyanaməsini tərtib edib aidiyyatı üzrə göndərmişəm;
3. Mən 17 Dekabr 2020 tarixdə karantin rejimini pozmuşam – idxal olunan məhsulların birinə lazım olan gigiyenik sertifikatı əldə etmişəm və Prezident Administrasiyanın müvafiq şöbəsinə AR Prezidenti cənab İlham Əliyevə ünvanladığım məktubu təqdim etmişəm.
Bəli mən bunların hamısını etmişəm. Sual verirəm - Əgər mənim fəaliyyətimə icazə verilmirsə, bu hal, sahibkar kimi, üzərimə düşən öhdəlikləri (hesabatları təqdim etmək, vergi və rüsumları ödəmək, üçot aparmaq, işçilərimə əmək haqqı ödəmək, sertifikatlar əldə etmək və s.) icra etməkdən azad edirmi?
Əgər qərarda hansısa bir məhuslun istehsalına icazə verilibsə, bu o demək deyil ki, istehsalçı yalnız sahib olduğu xammalı istifadə edərək, məhsulu istehsal edib anbarında saxlamalıdır. Zərurət yarandıqca yeni xammal da alacaq və istehsal etdiyi məhsulu da satacaq. Bu qərara zidd deyil. Çünki istehsal ayrıca bir fəaliyyət sahəsi deyil. İstehsal həm də xammalın alışını və hazır məhsulun satışını da özündə cəmləşdirir. Və bunu qərarda ayrıca qeyd etməyə Nazirlər Kabineti labüd hesab etməyib. Məncə doğru edib. Niyə bu haqda yazıram – İqtisadiyyat Nazirliyindən bir məhsul haqda məlumat alanda, mənə cavab verdilər ki, istehsalına icazə verilir, satışına yox. Bu mənim şəxsi və subyektiv fikrimdir, siz başqa cür anlıyırsızsa, buyurunuz arqumentlərinizi gətirin. Niyə bu müraciətimi mətbuat vasitəsilə edirəm? Məcbur oldum. İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin və Vətəndaşlarə Xidmət və Sosial İnnnovasiyalar Agentliyinin çağrı mərkəzilə əlaqə saxlayarkən hec bir məsul şəxslə danışa bilmirəm, ən azı şöbə rəislərin əlaqə telefonların vermirlər. Cavab – “icazə verilmir””.
Qeyd edək ki, sahibkar İlham Məmmədovun "Hamtam" brendi müxtəlif məhsulların idxalı və dağıtımı ilə məşğuldur.
Bölməyə aid digər xəbərlər