Ətçilik Sənayesində Genetik Redaktə ilə Yeni Yüksəliş
22:13 / 19-02-2025
Kənd Təsərrüfatında Qida İsrafının Qarşısını Alma Yöntəmləri
21:30 / 19-02-2025
Dəyişən İqlim Şəraitində Balıqçılıq Sənayesinin Adaptasiyası
21:18 / 19-02-2025
Sağlam Qida Sənayesində Bitki Əsaslı Qida Məhsullarının Yüksələn Tələbi
20:44 / 19-02-2025
Dəyişən İqlim Şəraitinə Uyğun Aqrar İstehsal Texnologiyaları
20:30 / 19-02-2025
Davamlı Moda Sənayesi və Alternativ Parçaların Yüksələn Populyarlığı
20:24 / 19-02-2025
Aqrar Sənayenin Sıfır Atık Modelinə Keçidi
20:00 / 19-02-2025
Bostançılıq Sektorunda Yüksək Texnologiyaların Tətbiqi
19:48 / 19-02-2025
Yüksək Texnologiyalı Üzümçülük və Şərab İstehsalında Yeni Trendlər
19:30 / 19-02-2025
Çayçılıq Sektorunda Yeni Hibrid Çay Növlərinin İnkişafı
19:19 / 19-02-2025
Fermerlərin Ağıllı Cihazlarla İdarə Olunan Kənd Təsərrüfatı
18:50 / 19-02-2025
Fermaların Rəqəmsallaşdırılması və Bulud Texnologiyalarından İstifadə
18:30 / 19-02-2025
Yüksək Texnologiyalı Quşçuluq Sənayesində Yeni Addımlar
17:43 / 19-02-2025
Çayçılıqda Genetik Tədqiqatların Yüksəlməsi və Yeni Nəsil Çay Sortları
17:30 / 19-02-2025
Kənd Təsərrüfatında Təmiz Enerji Mənbələrindən İstifadənin Artması
17:24 / 19-02-2025
Avtomatik Meyvə Yığımı Sistemi Qlobal Kənd Təsərrüfatında Yeni Standartdır
16:45 / 19-02-2025
Süni İntellektlə İdarə Olunan Suvarma Sistemləri
16:17 / 19-02-2025
Sabah Bakıda qar yağacaq
15:30 / 19-02-2025
Prezident Xocalıya köçən ailənin qonağı oldu - Foto
15:30 / 19-02-2025
Vertikal Kənd Təsərrüfatının Qlobal Təsiri
15:00 / 19-02-2025
Türk Dövlətləri kapitalı 600 milyona çatdırdı - RAZILIQ
14:22 / 19-02-2025
Zelenski Ərdoğandan nə istəyib? - Türk Dövlətləri məsələsi...
13:40 / 19-02-2025
Rusiya istəsəydi bütün Ukraynanı məhv edərdi - Trampdan ŞOK
13:29 / 19-02-2025
Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir
13:10 / 19-02-2025
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb
13:05 / 19-02-2025
Avropaya Rusiya mesajı: İndidən məcbur edilir
12:28 / 19-02-2025
Bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək – Türkiyə səfiri
12:24 / 19-02-2025
Əliyevin mesajı: Trampın haqq-hesabı…

Trampın ABŞ-də yenidən hakimiyyətə dönüşü ilə Qərb ölkələrinin liderlərində ciddi narahatlıq hər ötən gün artmaqdadır. Avropa liderləri Trampın siyasi, iqtisadi və müdafiə-təhlükəsizlik sahəsində yürütdüyü siyasətlə bağlı narahatlıqlarını və narazılıqlarını da açıq şəkildə dilə gətirməkdədirlər.
Avropa ölkələri özləri də Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunmasının tərəfdarı olsa da, Trampın Putinlə danışığınıdan narahat və narazıdırlar. Çünki Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində Ağ Evin yeni administrasiyası ilə Avropa İttifaqının (Aİ) fərqli yanaşması mövcuddur. Bu narahatlıq təkcə, Ukrayna məsələsi ilə bağlı deyil, həm də avropalı liderlərin Trampla olan münasibətindədir.
Bunun səbəblərini isə Azərbaycan Prezidenti İlham Əliyev hələ bir müddət əvvəl Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəsində detallı şəkildə açıqlayıb.
İlk növbədə Prezident İlham Əliyev Trampın yürüdəcəyi siyasətdən narahat olmadığını və Azərbaycanın özünü rahat hiss etdiyini bəyan edib: “Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur”.
Əksinə, ölkə başçısı qeyd edib ki, son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz və qərəzli yanaşması əlaqələrin korlanmasına xidmət edib.
Tramp hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətlərinə gəldikdə Prezident İlham Əliyev deyib ki, Trampla birgə işləmək üçün müsbət təcrübəmiz mövcuddur: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq. Biz əminik və nikbin fikirdəyik”.
Azərbaycan Prezidenti əlavə edib ki, bu fikirləri Avropa lideri haqqında demək mümkün deyil və bunun da əsaslı səbəbləri var. Bu səbəbdən də Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və ciddi narahatlıq var. “Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var.
Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir”, - Prezident İlham Əliyev qeyd edib.
Bu isə o deməkdir ki, Tramp Avropa liderlərindən ABŞ-dəki seçkilər zamanı sərgilədiyi mövqeyə görə, haqq-hesab soracaq. Haqq-hesab zamanı isə artıq gəlib çatıb.
Trampın müttəfiqləri ilə Ukrayna məsələsini müzakirə etmədən və müharibənin həlli ilə bağlı ortaya aydın konsepsiya qoymadan Putinlə danışığa getməsini bu qəbildən hesab etmək olar.
Trampın bu addımı Avropa liderləri arasında təlaşa səbəb olub.
Narahatlıq doğuran digər məqam isə Avropa İttifaqının (Aİ) Rusiya-Ukrayna müharibəsinin tənzimləməsi istiqamətində aparılan danışıqlarda hansı statusda çıxış etməsi ilə bağlıdır. Ona görə də Brüssel Moskva ilə danışıqlarda bərabərhüquqlu statusda çıxış etməkdə israr edir. Brüssel danışıqlarda ikinci dərəcəli çıxış etməsini Moskvanın Ukrayna üzərində qələbəsi və növbəti mərhələdə Avropa üçün ciddi təhlükə mənbəyi kimi dəyərləndirir. Belə hesab edirlər ki, münaqişə atəşkəs adı altında uzun müddətə dondurulacaq və bu da Avropa üzərində bir “Domokl qılıncı” rolunu oynayacaq.
Növbəti bir məqam isə Qərbin təhlükəsizlik sisteminə ciddi təhdid mənbəyi olan Rusiya ilə konkret tədbirlər planı olmadan Putinlə danışığa gedilməsidir. Brüssel hesab edir ki, bu cür danışıqlar daha çox Kremlin xeyrinədir.
Tramp Avropa liderləri ilə kəskin münasibət fonunda üzərinə götürdüyü missiyanı nə qədər effektiv irəli apara biləcək ya yox, demək çətindir. Amma görünən odur ki, Avropa liderləri ilə təmasdan bacardıqca yayınmaqdadır.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-02-2025, 09:00 Oxunub: 21
Bölməyə aid digər xəbərlər
12-02-2025, 10:33
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
18-12-2024, 14:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
7-08-2024, 16:57
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdəki yeni üfüqlər uğurlu perspektivlər vəd edir
5-07-2024, 17:38
Prezident Ərdoğan Qazaxıstandan qayıtdıqdan sonra danışdı: Putinlə Əsədi dəvət edə bilərik
11-10-2023, 10:30
"Skripkanı çalan Fransadır" - PREZİDENT QARABAĞDAKI VƏZİYYƏT BARƏDƏ GENİŞ MƏLUMAT VERDİ
14-06-2023, 17:56
Milli Məclisin xüsusi iclası keçirilib, Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul olunub
31-05-2023, 17:07
"Gələn ilin sonuna qədər biz böyük dərinlikdən ilk qaz alacağıq" - PREZİDENTİN ÇIXIŞI
31-05-2023, 16:35
Prezident İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edib - YENİLƏNİB-3
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
24-12-2020, 09:15
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
24-12-2020, 09:10
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO