14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
İlham Əliyev: "Əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm"
Azərbaycanın iqtisadi inkişafında və sosial yüksəlişin təmin olunmasında fəal iştirak edən, milli sosial intibaha öz layiqli töhfəsini verən sahibkarlara dövlətin dəstəyi hər zaman güclü olub, onların geniş və azad fəaliyyəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda, sahibkarlıq subyektlərinin daha əlverişli fəaliyyəti və cəmiyyətin aparıcı qüvvəsi kimi mövqeyinin möhkəmlənməsi üçün davamlı işlər həyata keçirilir. Dövlətin yaratdığı bu imkanlardan istifadə edən ölkə sahibkarları bunun müqabilində milli iqtisadi inkişafın sürətlənməsi üçün səylərini ortaya qoyaraq ən iri layihələrin reallaşmasına nail olurlar. Nəticədə dövlət-sahibkar qarşılıqlı münasibətlərinin dərinləşməsi Azərbaycanın yüksəlişinə güclü zəmin yaradır. Dövlət ölkədə davam edən nəhəng sosial infrastruktur quruculuğunda sahibkarların da iştirakını zəruri saymaqla, sosial sektorla bağlı investisiya layihələrinə milli sahibkarlığın da qoşularaq təşəbbüskarlığını artırmasını vacib hesab edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, əgər hansısa bir sahibkar hansısa bir sosial məsuliyyəti öz üzərinə götürmək istəsə, mən onu ancaq alqışlaya bilərəm: "Ancaq hesab edirəm ki, sahibkarların sosial məsuliyyəti bu gün bir anlayış kimi cəmiyyətdə artıq formalaşmaqdadır. Bunun müxtəlif formaları ola bilər".
Eyni zamanda, Milli Məclisin deputatı, YAP Sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ölkəmizdə geniş vüsət alan sosial infrastruktur layihələrində iştirak edən özəl şirkətlərin, milli sahibkarların daha aktiv qoşulmasını tövsiyə edir: "Hazırda böyük infrastruktur layihələrinin icrasına cəlb olunmuş Azərbaycan şirkətlərinin və sahibkarlıq subyektlərinin sosial məsuliyyəti artmalı, işgüzar dairələr sosial layihələrdə iştirak etməlidir".
Bu gün ölkədə sahibkarlığın inkişafı iqtisadiyyatın bütün bölmələrində yerli istehsalın artması fonunda açıq şəkildə özünü göstərir. Sahibkarlıq subyektləri hər il sərmayə qoyuluşlarını artırırlar. Bu tendensiya açıq şəkildə təsdiq edir ki, ölkə iqtisadiyyatında azad rəqabət mühiti mövcuddur və sahibkarlar üçün əlverişli şəraitin yaradılması onların geniş şəkildə fəaliyyətini stimullaşdırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sahibkarların Azərbaycanın iqtisadi inkişafına böyük inamı var. Sosial infrastrukturun yeniləşməsi iqtisadi inkişafın bir istiqaməti olduğundan sahibkarların bu sahəyə diqqət artıracaqları şübhəsizdir. Sahibkarlar ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar. Bu, bir həqiqətdir ki, ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarlar yaxından iştirak edir, şəxsi təşəbbüskarlıq göstərərək bölgələrdə istehsal müəssisələri ilə yanaşı, sosial obyektlərin tikintisinə sərmayə qoyurlar. Bir çox regionlarda bərbad vəziyyətdə olan məktəblərin, ictimai iaşə evlərinin, mərasim zallarının, təhsil və səhiyyə obyektlərinin təmir olunmasında, abadlıq işlərində sahibkarların rolu az deyil. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır: "Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir".
Tam əminliklə demək olar ki, hazırda ölkəmizdə xeyriyəçilik sosial ədalətin tərkib hissəsi kimi təzahür edir, gündən-günə təkmilləşərək geniş vüsət alır və əsaslı prosesə çevrilir. Xeyriyyəçiliklə məşğul olanların əksəriyyəti mühüm məsələlərin həllində fəal iştirak edirlər. Onlar hər il müxtəlif sosial məsələlərin həllinə milyonlarla manat vəsait xərcləyirlər.
Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ (birləşmiş) sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar. Uşaq evlərini təmir etdirmək sahibkarın ən böyük xeyriyyəçilik əməli hesab oluna bilər. Həqiqətən də, belə sahibkarların sayı kifayət qədərdir. Xüsusilə də, rayonlarda xeyriyyəçilik edən, insanların sosial həyatına müsbət təsir edən layihələrin maliyyələşdirilməsinə öz köməyini əsirgəməyən sahibkarlar çoxdur. Həmin sahibkarlar öz vəsaitlərini sərf etməklə məktəblərin sinif otaqlarını təmir etdirir, avadanlıqlarla təmin edir, məktəbin digər ehtiyaclarına yardımçı olurlar. Eyni zamanda, yaşayış yerlərinin qazlaşdırılması, məhəlləarası yolun təmir edilməsi, yol kənarında elektrik lampalarının asılması, onlarla imkansıza, kimsəsizə yardım onun sahibkarların xeyriyyəçilik əməllərinin göstəricisidir.
Regionların inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı çərçivəsində əsas sosial infrastruktur layihələrinin ünvanı mərkəzdən yerlərə və konkret kəndlərə istiqamət götürüb. Yəni bu proqramda əsas prioritetlərdən biri kənd yollarının yenidən qurulmasıdır. Bununla yanaşı digər infrastruktur sahəsi olan elektrik təchizatı sahəsində əgər əvvəlki proqramlarda yeni elektrik güclərinin yaradılmasından söhbət gedirdisə, bu dəfə elektrik verilişi xətləri, paylayıcı xətlər yenidən qurulur. Yeni proqramda kənd təsərrüfatının inkişafı məqsədilə meliorativ tədbirlərin görülməsi, əkinəyararlı torpaqların dövriyyəyə daxil edilməsi, iri fermer təsərrüfatlarının yaradılması, rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması əsas diqqət mərkəzində saxlanılır. Təbii ki, bu prosesdə milli sahibkarların da fəal iştirak etməsi məqsədəuyğundur. Onlar dövlətin strateji hədəflərini nəzərə alaraq, bu quruculuq-abadlıq işlərində səylərini əsirgəməyəcəklər.
İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir. Mehriban xanım Əliyevanın başladığı bu missiyanın geniş vüsət alması, xüsusilə də, uşaq evlərinin, internat məktəblərinin yenidən qurulması və bərpası sahəsində aparılan işlərə milli sahibkarların dəstək verməsi ən yaxşı əməl sayılmalıdır.
Bölməyə aid digər xəbərlər