Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan

Baxış: 267
Bu gün azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovun geri qaytarılacağı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, bu barədə informasiyaya sahib deyil.
 
Komitə rəsmisi bu cür məlumatları yayarkən məsələyə həssaslıqla yanaşmağı və şəxslərin ailələrini nəzərə almağı xahiş edib.
 
İ.Hüseynova deyib ki, hazırda hərbi əsirlərin geri qaytarılması üçün dialoqlar davam etdirilir.
 
Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.