Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yol və hava limanı tikən iri Azərbaycan şirkəti 573 milyon gəlir, 9 milyon xalis mənfəət əldə edib

Baxış: 265


Yol və hava limanı tikən iri Azərbaycan şirkəti 573 milyon gəlir, 9 milyon xalis mənfəət əldə edib

"AzVirt" MMC 2022-ci ili 8 milyon 938 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 527 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "AzVirt" MMC-nin xalis mənfəəti 2 milyon 411 min manat və ya 37% artıb.
Sahibkartv.az xəbər verir ki, "AzVirt" MMC-nin tikinti işlərindən gəlirləri 2021-ci ildə 563 milyon 201 min manat ikən, 2022-ci ildə 573 milyon 90 min manata yüksəlib (9 milyon 889 min manat və ya 1,7% artıb).

31 dekabr 2022-ci il tarixində  "AzVirt" MMC 385 milyon 364 min manat cəmi kativlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 387 milyon 191 min manat cəmi aktivlərə malik idi. 
"AzVirt" MMC yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətdir. 
"AzVirt" MMC-də payçılar Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" şirkəti (30%), Lüksemburqun "Falcom Holding s.a.r.l" şirkəti (25%), Elnur Əliyev (25%) və Almaniyanın "Walz GmbH & Co KG" şirkətidir (20%).
Şirkət Azərbaycan ilə bərabər Serbiya, Qırğızıstan, Ukrayna, Bosniya və Herseqovinda layihələrdə iştirak edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.