Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu

Baxış: 402

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib. 
Bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. O, qarşılaşmanın böyük ehtimalla avqustun 18-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacağını söyləyib. Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb.  
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda baş tutacaq. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.