Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sabahın hava proqnozu açıqlandı

Baxış: 269

İyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.