Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda bərbər 18 yaşlı şəxsi qayçı ilə ağır yaraladı

Baxış: 227
Bakının Sabunçu rayonunda iyulun 28-də saat 19:50 radələrində cinayət hadisəsi törədilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Ramana qəsəbəsində 2003-cü il təvəllüdlü bərbər Akif Məmmədov salonun yaxınlığında 2002-ci il təvəllüdlü dostu Emral Əsgərova qayçı ilə kürək və sinəsinə nüfuz edən zərbələr endirib.
Hadisəni törədəndən sonra o, qaçaraq gizlənib. Hazırda 12-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin tutulması üçün tədbirlər həyata keçirirlər.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, faktla bağlı bədənə ağır xəsarət yetirmə maddəsi ilə cinayət işinə başlanılıb.
Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.