Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

Baxış: 363


Bu il Azərbaycan da daxil olmaqla 8 ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının buraxılması nəzərdə tutulub.
"Sahibkartv.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.
"Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstanda bu poçt markaları dövriyyəyə buraxılıb", - deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər çərçivəsində bu il gün Azərbaycanda 11 növdə poçt markasının buraxılması nəzərdə tutulur. "Yeni poçt markalarından birinin buraxılması bu gün konfrans çərçivəsində baş tuta bilər".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.