Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib

Baxış: 323



Azərbaycanda şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib.
"Sahibkartv.az"ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna dəyişiklik layihəsində şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi qeyd edilib.
Qanuna edilmiş dəyişiklik sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıyır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.