Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fuad Nağıyev: “2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”

Baxış: 299


Fuad Nağıyev: “2025-ci ilə qədər Qarabağa bir milyon turist səfər edəcək”
İlkin proqnozlara görə, 2025-ci ilə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yerli və xarici turislər nəzərə alınmaqla, təxminən, bir milyon insan səfər edəcək.
Bunu "Sahibkartv.az"a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
“Hazırda Agentlik həmin ərazilərdə bir neçə layihə həyata keçirir. Hadrut, Tuğ, Daşaltı, Suqovuşan və Şahbulaqda turizm komplekslərinin tikintisi üçün işlər həyata keçirilir. Ümumilikdə regionun turizm potensialı dəyərləndirilir və turizm məhsulları yaradılır. Əlbəttə, həmin ərazilərdə ilk növbədə minalardan təmizlənmə, infrastrukturun qurulması işləri görülməli, əhali oraya qaytarılmalıdır.
Düşünürük ki, yaxın 2 il ərzində işğaldan azad edilmiş ərazilər dünya turizmi üçün açılacaq və biz orada qonaqları qəbul edə biləcəyik”, - o qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.