Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb

Baxış: 404


Bakıda qəza baş verən yerdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb - VİDEO - YENİLƏNİB
Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.
Bu barədə "Sahibkartv.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
08.15Bakının Yasamal rayonunda su borusu partlayıb.
“Sahibkartv.az” xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb.
Qəza nəticəsində xəttə suyun verilişi dayandırılıb. Hazırda qəza briqadaları əraziyə cəlb olunub, əhaliyə suyun verilişi dayandırılıb.
Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.