Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu il Energetika Nazirliyi və tabeli qurumlara 5 minədək müraciət daxil olub

Baxış: 370



Bu ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan qurumlara 4 986 vətəndaş müraciəti daxil olub.
“Sahibkartv.az”ın nazirliyə istinadən verdiyi məlumata görə, bu müraciətlərdən 4 223-ü müvafiq qaydada icra olunub, 332-si icradadır. 431müraciət isə məlumat xarakterlidir.
Müraciətlər əsasən elektrik enerjisi və qaz təchizatı, elektrik avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji, təşəkkür və digər mövzularla bağlı olub.
Hesabat dövründə nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 166 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bu dövrdə nazirliyin sosial şəbəkə hesabları vasitəsilə 76 müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə yönləndirilib, sorğu tipli müraciətlər isə birbaşa və ya müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.