Ombudsmanın “A” statusunun bərpa edilməsi təklif olunur.
"Sahibkartv.az"ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişikliklər edilir.
Sənəd layihəsinin qeyd hissəsində göstərilir ki, təqdim olunan layihə insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.
Qanun layihəsinin hazırlanmasını zəruri edən əsas şərtlərdən biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun “A”dan “B”yə endirilməsi olmuşdur.
“A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları “A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.
“A” statusunun yenidən əldə olunması yuxarıda qeyd olunanlarla yanaşı, ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının aidiyyəti sessiyalarına yazılı və şifahi bəyanatlar təqdim etmək hüququnu bərpa edəcəkdir ki, bu da post-müharibə dövründə dövlət maraqları baxımından olduqca əhəmiyyət kəsb edir.
Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə hazırlanb. Bu islahatlar hazırda da davam etdirilməkdədir. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşmə aparılmış, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib
Qeyd olunanlarla yanşı, dövlər qurumlarının təklifləri də nəzərə alınmaqla Konstitusiya Qanunun 1-ci, 5-ci, 8-ci, 12-ci, 13-cü.5-ci maddələri üzrə subyektlərin dairəsi dəqiq müəyyənləşdirilmişdir ki, bu da fəaliyyətin effektivliyinə xidmət edəcəkdir. Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixində qoşulduğu “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində iştirakçı dövlətlər tərəfindən hüquqi və inzibati quruluşlarına müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizmlərdən ibarət strukturun dəstəklənməsi, möhkəmləndirlməsi, təyin və ya təsis edilməsi nəzərdə tutulub.
Ölkəmizdə Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarının Ombudsman tərəfindən həyata keçirilməsi dövlət səviyyəsində də məqsədəmüvafiq hesab edilmiş və razılaşdırılmışdır. Hökumətin təqdim etdiyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan dövlət hesabatlarında da Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizm olaraq təqdim olunub.
Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddaların əlavə edilməsi zərurəti yaranıb.
Qeyd olunanları və xarici ölkələrin bu sahədə təcrübəsini nəzərə alaraq, Konstitusiya Qanununa “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın, “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan digər müddalar da təklif edilir.
Qanun layihəsində Konstitusiya Qanununa 13-2 və 13-3-cü maddələri əlavə edilməsi təklifi bu istiqamətlər üzrə dövlət siyasətinin səmərəli təşkili, BMT çərçivəsində qoyulan tələblərin icrası və Ombudsmanın “A” statusunun bərpası məqsədi ilə irəli sürülüb.
Konstitusiya Qanununun 16-cı maddəsi Müvəkkilinin sosial, maliyyə və digər təminatlarını nəzərdə tutur. Beynəlxalq təcrübə də nəzərə alınmaqla 16-cı maddəyə təklif edilən dəyişikliklər Konstitusiya Qanununa dövri dəyişikliklərin edilməsi zərurətini aradan qaldırmaqla, bu sahədə yaranan münasibətlərin günün tələblərinə uyğun tənzimlənməsinə imkan verir.
"Pambıqçılıqda GPS ilə Texnika İdarəsi İstehsal Keyfiyyətini Yüksəldir"
19:19 / 23-04-2025
"Tibbi Startaplar İxrac Potensialı ilə Seçilir"
18:50 / 23-04-2025
"Üzüm Yığımında Yeni Avtomatlaşdırılmış Sistem İstifadəyə Verilib"
18:30 / 23-04-2025
"Süni İntellektlə Torpaq Analizi: Fermerlərə Yeni Dəstək"
18:20 / 23-04-2025
"Kəndlərdə Startap Mühiti Yaranır: Təlimlər və Mentorluq Proqramları"
17:47 / 23-04-2025
"Fermerlər üçün Kənd Təsərrüfatı Məlumat Bazası Aktivləşdirildi"
17:30 / 23-04-2025
"Səhiyyə Təşkilatları Elektron Resept Sistemini Tətbiq Edir"
17:17 / 23-04-2025
"Pambıqçılıqda İqlimə Dayaqlı Sortlar Sınaqdan Keçirilir"
16:46 / 23-04-2025
"Gənc Sahibkarların Layihələrinə Dövlət Dəstəyi Artırılır"
16:22 / 23-04-2025
Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
16:00 / 23-04-2025
"Üzümçülükdə Yeni Texnologiyalar Məhsuldarlığı 40% Artırıb"
15:43 / 23-04-2025
Netanyahunun Azərbaycana səfəri gözlənilir
15:30 / 23-04-2025
"Süni İntellektlə Təşhis Sistemi Klinikaların Yükünü Azaldır"
15:17 / 23-04-2025
"Rəqəmsal Fermerlik Modeli Regionlarda Marağa Səbəb Olur"
15:00 / 23-04-2025
İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
14:22 / 23-04-2025
Balıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb
14:17 / 23-04-2025
Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
13:29 / 23-04-2025
AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
13:18 / 23-04-2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
13:09 / 23-04-2025
Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
10:55 / 23-04-2025
Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
10:51 / 23-04-2025
Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
10:46 / 23-04-2025
Kartof-soğan niyə ucuzlaşmır?
10:39 / 23-04-2025
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
10:35 / 23-04-2025
Bank kartlarından daha 21 min pul oğurlandı
10:32 / 23-04-2025
Beş cüdoçumuz AÇ-də mübarizəyə başlayır
10:15 / 23-04-2025
Şəhid abidəsinin ətrafındakı səngər niyə şumlanıb? - Fotolar
10:12 / 23-04-2025
Lerik dağlarında ƏMƏLİYYAT: iranlıya görə 3 nəfər saxlanıldı
10:00 / 23-04-2025
Prezident Çində belə qarşılandı - Video
09:34 / 23-04-2025
Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
09:28 / 23-04-2025
Ombudsmanın “A” statusunun bərpa edilməsi təklif olunur
Bölməyə aid digər xəbərlər
Tarix: 7-10-2022, 11:57 Oxunub: 391
Bölməyə aid digər xəbərlər
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
17-07-2022, 19:43
Prezident: "Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın inkişafına böyük töhfə vermişik"
15-07-2022, 16:40
Prezident: "Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın inkişafına böyük töhfə vermişik"
9-07-2022, 10:52
Konstitusiya Məhkəməsinin sədri: "Plenumda az sayda şikayətlərə baxılması vətəndaşların narazılığına səbəb olur"
12-06-2022, 18:30
BMT Baş Assambleyasının Prezidenti Azərbaycan liderinə təşəkkür edib - EKSKLÜZİV MÜSAHİBƏ
24-05-2022, 18:20
Milli Məclisin plenar iclasının gündəliyi açıqlanıb
20-05-2022, 12:11
Azərbaycanda bu zonada şirkətlər bütün vergilərdən azad ediləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
11-10-2021, 12:53
İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı - TAM MƏTN + FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
25-06-2021, 15:01
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başladı
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
24-12-2020, 09:15
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO