Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Formula 1" komandası 41 yaşlı pilota yeni müqavilə təklif edir

Baxış: 385
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpin" komandası pilotu Fernando Alonsoya yeni müqavilə təklif edəcək.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə komandanın rəhbəri Otmar Zafnauer AS nəşrinə açıqlamasında bildirib.
58 yaşlı funksioner 41 yaşlı 2 qat dünya çempionunu daha bir il komandada görmək istədiklərini söyləyib.
Alonso 2005 və 2006-cı ildə dünya çempionu adını qazanıb. Təcrübəli sürücü dünya çempionatının ilk 5 mərhələsindən sonra 2 xalla 16-cı pillədə qərarlaşıb. "Ferrari"də çıxış edən Şarl Lekler hazırda 104 xalla liderdir.
Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.