18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
2022-ci ilin yanvar-fevral ayında Azərbaycan əhalisinin sayı 8 min 98 nəfər və ya 0,07 faiz artıb.
Sahibkartv.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 164 min 464 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləri, kişilərlə qadınların xüsusi çəkisi isə eyni olmuşdur. Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfər təşkil etmişdir.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 20 min 462 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,6 təşkil etmişdir. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,3 faiz, qızların xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulanlardır.
Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 12 min 557 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7- yə düşmüşdür.
Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 9606 nikah və 2505 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5-dən 5,9-a qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır.
Bölməyə aid digər xəbərlər