Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Böyük Britaniyada inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb

Baxış: 347
Böyük Britaniyada inflyasiya gözləntiləri üstələyib və son 30 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Sahibkartv.az xəbər verir ki, illik inflyasiya 7 faizə yüksəlib. Fevralda inflyasiya 6,2 faiz təşkil etmişdi. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 6,7 faiz idi.
Ölkədə inflyasiya aylıq 1,1 faiz artaraq rekord qırıb. Gözlənti 0,8 faiz idi.
İnflyasiya ardıcıl 6 aydır hədəfdən yüksək olub. Restoran, enerji, otel, mebel, geyim və ayaqqabı qiymətlərindəki artım inflyasiyanın artmasına səbəb olub.
İngiltərə Mərkəzi Bankının may ayında artımı cilovlamaq üçün ardıcıl dördüncü dəfə faiz dərəcələrini artıracağı gözlənilir. Bank aprel ayında inflyasiyanın 8 faizə yaxınlaşacağını gözləyir. İlin sonunda inflyasiyanın ikirəqəmli səviyyəyə yüksəlməsi riskinə diqqət çəkilir.
Böyük Britaniyanın maliyyə naziri Rishi Sunak ev təsərrüfatına əlavə dəstək vermək üçün addımlar atmaq üçün təzyiq altındadır. İqtisadçılar son açıqlanan dəstək paketini qeyri-kafi hesab edirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.