Day, Month 00, Year
00: 00: 00 AM
Biosensorlarla Tibb Həlli

16:47 / 09-12-2024

İslam dünyası İrəvanı küncə sıxışdırdı: “Bakının şərtlərini qəbul etməsə, sarsıdıcı zərbəyə tuş gələcək”

Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı müddətində dini abidələrimizi məhv edən, İslam tarixi izlərini torpaqlarımızdan silməyə çalışan ermənilər eyni zamanda terrora məruz qoyduqları dinə etiqad edən dövlətlərlə əlaqələrini inkişaf etdirməyə çalışıblar. Ermənistan sözügedən müddət ərzində daim İslam ölkələri ilə əlaqələrini intensivləşdirməyə, Azərbaycana, ölkəmizin tarixi, dini və mədəniyyətinə qarşı törətdiyi cinayətləri ört-basdır etməyə cəhd göstərib.
Ermənistan ərazisindəki İslam mədəniyyəti nümunələrini tarixdən silən, Qarabağda və Şərqi Zəngəzurda müsəlmanların müqəddəs məkanlarını təhqir etməkdən çəkinməyən ermənilər özlərinə xas riyakarlıqla bütün bunların fonunda İslam dövlətləri ilə münasibətləri dərinləşdirməyə çalışıblar.
Lakin bütün platformalarda ifşa olunan Ermənistanın İslam ölkələrinə nüfuz etmək cəhdləri də iflasa uğrayıb.
Belə ki, martın 23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyası Ermənistanın məkrli planlarının alt-üst edilməsi və təcavüzkar ölkəyə qarşı birlik nümayişi baxımından tarixi əhəmiyyətə malik olub.
Baş tutan iclasın Yekun Bəyannaməsi və Azərbaycanla bağlı qəbul edilmiş dörd qətnaməsi Ermənistanın İslam dünyası ilə bağlı xəyallarının üzərindən birmənalı xətt çəkib və Ermənistan üçün Azərbaycanın diktə etdiyin şərtlərin qəbul edilməsinin yeganə çıxış yolu olduğunu bir daha ortaya qoyub.
Müvafiq sənədlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar aspektləri ilə bağlı müddəalar əks olunub.
İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının dünyanın dörd qitəsindən olan 57 dövlət adından qəbul edilən Yekun Bəyannaməsi və “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması haqqında”, “Azərbaycana iqtisadi yardım haqqında”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində İslam tarixi və mədəni irsinin və dini ziyarətgahların dağıdılması və təhqir edilməsi haqqında” və “Xocalı qətliamının qurbanları ilə həmrəylik haqqında” qətnamələri Ermənistanla bağlı bir sıra faktları qəti şəkildə təsdiqləyir.
İlk növbədə İslam dövlətləri bu sənədlərlə birmənalı olaraq Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatdığını bildirir, Ermənistana özünün təcavüzkar ritorikasına və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə toxunan fəaliyyətlərinə son qoymağa, Azərbaycan Respublikası ilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında dövlətlərarası münasibətlər qurmağa çağırış edir.
Sözügedən müddəalar məhz Vətən müharibəsinin hərbi və siyasi nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin daha bir göstəricisi kimi qarşımıza çıxır.
Eyni zamanda İƏT ölkələri həmrəylik nümayiş etdirərək Azərbaycanın sülh üçün Ermənistana təklif etdiyi beş prinsipə dəstək verib, iki dövlət arasında münasibətlərin qurulmasında məhz sözügedən meyarların əsas təşkil etdiyini bəyan edib.
İƏT ölkələrinin vurğu etdiyi daha bir məqam Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı olub. Belə ki, İslam dünyası Ermənistanın insanlıq əleyhinə cinayətlər törətdiyini qeyd edib və günahkarların mütləq şəkildə cəzalandırılmalı olduğunu bildirib.
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında Ermənistanın ifşası və cəzalandırılması baxımından olduqca diqqətçəkən bir çağırış da edilib.
Belə ki, üzv dövlətlərə və bütün beynəlxalq ictimaiyyətə Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımaq və ona hörmət etməyə məcbur etmək üçün bütün mümkün siyasi və iqtisadi təsir vasitələrindən istifadə etməyə, o cümlədən Ermənistan ilə diplomatik əlaqələr qurmamağa və bu ölkə ilə iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa çağırış edilib.
Bu isə perspektivdə Ermənistanın təcrid olunmasının, İslam dünyasının sanksiyalarına tuş gəlməsinin anonsu kimi də qəbul edilə bilər. İƏT ölkələri qırmızı xətlə vurğulayır ki, onlar üçün Ermənistanla bağlı məsələlərdə prioriteti Azərbaycanın haqlı mövqeyi təşkil edir və bu mövqeyi qəbul etməyən Ermənistan üçün sözügedən addımın çox ağır fəsadları ola bilər.
Daha bir vacib məqam işğalın fəsadlarının, ağır nəticələrinin aradan qaldırılması məsələsində Azərbaycana tam dəstək verilməsi, üzv dövlətlər, İslam İnkişaf Bankı və İƏT-in digər aidiyyəti qurumlarına Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması işlərində Azərbaycan Hökumətinə yardım etməyə çağırış edilməsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində dəymiş zərərə görə Ermənistanın məsuliyyətinin təsbit edilməsi, Azərbaycanın bu xüsusda hüquqi tədbirlərə əl atmaq haqqının vurğulanmasıdır.
Yəni İƏT ölkələri Qarabağın yenidən qurulmasında olduğu kimi, Ermənistanın cəzalandırılması üçün aparılan mübarizədə də Azərbaycanın yanında vəhdət nümayiş etdirir.
Yekun olaraq qeyd edək ki, Ermənistanın İslam dünyasından böyük gözləntiləri və bu istiqamətdə etdiyi bütün cəhdləri müvafiq bəyanat və qətnamələrlə darmadağın edilib. İƏT ölkələri qəti şəkildə Azərbaycanın hüquqlarının dəstəkçisi mövqeyindən çıxış edib və Ermənistanı şərt qarşısında qoyub:
1. Azərbaycanın bütün tələbləri qeyd-şərtsiz yerinə yetiriləcək, ya da İslam ölkələrinin qapısı Ermənistanın üzünə həmişəlik bağlı qalacaq;
2. İƏT ölkələri Qarabağ və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dəstək verəcək, eyni zamanda Azərbaycan ərazilərinə misilsiz zərər vurmuş qüvvələrin cəzalandırılması prosesinin də aktiv dəstəkçisinə çevriləcək;
3. Ermənistan üçün müsəlman dünyasına açılan qapının açarları Bakının əlində olacaq və İrəvanın qeyri-konstruktiv addımları onun özünə ağır zərər vuracaq


Tarix: 26-03-2022, 15:33 Oxunub: 558


Bölməyə aid digər xəbərlər