21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il iyunun 15-də Şuşa şəhərində imzaladıqları bəyannamə fevralın 1-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Türkiyə Böyük Millət Məclisi də analoji qərar verib. Bu bəyannamənin imzalandığı gündən bu yana dünyada və bölgədə baş verən proseslər Azərbaycan və Türkiyə liderlərinin düzgün siyasi qərar verdiyini bir daha təsdiqləmiş oldu. Onu da qeyd edək ki, bəyannamənin Azərbaycan parlamentində ratifikasiya edildiyi ərəfədə müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfər etməsi də diqqətdən kənarda qalmadı. Nazir bu səfər çərçivəsində yüksək səviyyədə qəbul edildi, Türkiyənin hərbi-siyasi rəhbərliyi ilə müxtəlif mövzularda müzakirələr keçirildi. İndiki halda Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın müttəfiqliyə keçdiyini demək olarmı?
Bu barədə “Kaspi” qəzetinin məqaləsində qeyd olunub.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədovbildirdi ki, son dövrlər Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi və görüşlərin keçirilməsi ondan xəbər verir ki, artıq iki qardaş ölkə bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıqdan da irəli gedərək müttəfiqlik səviyyəsinə yüksəlib: "Xüsusilə, Şuşa Bəyannaməsi imzalandığı gündən bu özünü daha qabarıq şəkildə göstərir. Onu qeyd edim ki, bir neçə gün öncə bu bəyannamə Milli Məclisdə ratifikasiya olundu. Eləcə də bu sənəd Türkiyə parlamentində də ratifikasiya olunacaq. Artıq bu, müttəfiqlikdir. Müttəfiqlik hər iki dövlətin hərbi qüdrətinin güclənməsi, qarşılıqlı yardımlaşma, inkişaf və biri-birinin ən müasir təcrübələrinin bölüşməsi deməkdir”.Deputat vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına çox böyük önəm verib: "1994-1995-ci illərdən başlayaraq Azərbaycan hərbi strukturlarında Türkiyə hərbi məktəblərində təhsil almış zabitlərimizin sayı günü-gündən çoxalmağa başladı. Eləcə də Türkiyədən olan hərbi təlimatçıların sayı artdı. Yəni hələ ümummilli liderin dövründən Azərbaycan Ordusunda Türkiyə ordusunun təcrübəsinin öyrənilməsinə, tətbiq olunmasına başlanmışdı. İlham Əliyevin prezidentliyi dövründə bu iş daha geniş vüsət aldı. Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun təcrübəsini, döyüş qabiliyyətini öyrənməklə NATO standartlarına uyğun hazırlandı. Bunun da nəticələri 44 günlük Vətən müharibəsində özünü göstərdi”.
E.Məmmədovun sözlərinə görə, müharibədən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərin ayrı-ayrı yerlərində bir neçə komando tipli hərbi hissələr yaradılır: "Təbii ki, bu hərbi hissələr başqa ərazilərdə də var. Yəni, artıq Azərbaycan Ordusu Türkiyə təcrübəsini öyrənərək NATO standartlarında, yüksək səviyyəli döyüş qabiliyyətinə malik olan hərbiçilər hazırlayır. Bu da Azərbaycanın müdafiə qüdrətinin, təhlükəsizliyinin təmin olunması üçündür. Bir sözlə, Şuşa Bəyannaməsinin imzalanması, sonra təsdiq olunması, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin qarşılıqlı səfərləri, məsləhətləşmələri, iş təcrübəsinin öyrənilməsi, müəyyən məsələlərdə razılaşmaları sevindiricidir və hər iki dövlət üçün vacib məsələlərdir”.
Siyasi şərhçinin fikrincə, Bəyannamənin ratifikasiya edildiyi gün Azərbaycan müdafiə nazirinin Ankaraya səfəri təsadüfi deyildi: "Düşünürəm ki, burada məqsəd bəyannamədə əksini tapan hərbi müstəvidə həyata keçiriləcək işlərin detallı şəkildə müzakirə edilməsi və qərarların qəbul edilməsi olub. Hətta bu hərbi əməkdaşlıq təkcə bəyannamədə əksini tapan istiqamətlərdə yox, daha geniş səviyyədə olacaq. Bakı və Ankara arasında hərbi əməkdaşlıq bundan öncə yüksək səviyyədə olub, lakin Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə yeni dövrün başlandığını deyə bilərik. Yeni dövrdə Azərbaycan Ordusunun modernləşdirilməsi, havada, quruda, dənizdə Türkiyə və Azərbaycanın birgə hərbi fəaliyyətləri, hərbi sənayenin inkişafı və s. kimi mühüm istiqamətlərdə addımlar atılacaq”.
A.Nərimanlı vurğuladı ki, Türkiyə PUA istehsalı üçün Azərbaycanda birgə müəssisə də yarada bilər: " Ən mühüm məqamlardan biri isə Bəyannamənin təsdiq edilməsindən sonra Azərbaycanın sərhədlərinin toxunulmazlığı, o cümlədən suverenliyinin müdafiə edilməsi məqsədilə keçirə biləcəyi mümkün antiterror əməliyyatında Türkiyə hərbçilərinin də iştirakına "yaşıl işıq” yandırılmasıdır. Təbii ki, Azərbaycan Ordusu istənilən əməliyyatı həyata keçirə biləcək gücdədir, bir çox məsələdə əlavə dəstəyə ehtiyac yoxdur. Lakin Şuşa Bəyannaməsi və bu sənədin Türkiyə ordusunun Azərbaycan ordusu ilə birgə hərəkət etməsinə imkan yaratması siyasi müstəvidə rəsmi Bakının mövqeyini gücləndirən vacib amillərdən biridir”.
Bölməyə aid digər xəbərlər