Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstan Qara dənizdə süni adalar yaradır

Baxış: 262

Gürcüstanda Qara dənizdə süni adalar yaradılacaq. Süni adalar Batumi şəhərinin yaxınlığında yerləşəcək.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.
“Süni adaların və yarımadaların yaradılmasını nəzərdə tutan belə geniş miqyaslı, iddialı, və maraqlı bir layihə ilə əlaqədar Acarıstan, Batumi rəhbərliyini, həmçinin investoru təbrik etmək istəyirəm”, - deyə Natia Turnava vurğulayıb.
Gürcüstanlı nazir  qeyd edib ki, “Ambasadori aylend” adlanacaq süni adalar özəl sərmayə hesabına yaradılacaq.
Onların yaradılması üçün 100 milyon dollar vəsair tələb olunacaq. Adalarda bir neçə otelin inşası planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.