Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ÜST rəhbəri bəşəriyyətin kollektiv vicdanına ləkədən danışdı

Baxış: 178

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 71-ci sessiyasında çıxış edən ÜST rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirus peyvəndlərinin qeyri-bərabər paylanmasından danışıb.
O, dünyada təxminən tətbiq olunan 5,5 milyard dozada peyvəndin haradasa 80 faizinin orta səviyyədən yuxarı gəlirəri olan ölkələrə aid olunduğuna diqqət çəkib.
“Dünyada koronavirus peyvəndlərinin yayılmasındakı bərabərsizlik, bəşəriyyətin kollektiv vicdanına ləkədir... Dünyada bir çox tibb işçisi və risk altında olan insanlar hələ də ilk peyvənd üçün gözlədiyi təqdirdə sağlam insanlara tətbiq olunan buster dozanın vurulmasını istəmirik”, - deyə ÜST rəhbəri bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.