Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrail İrana qarşı Yaxın Şərq koalisiyası yaratmağa hazırlaşır

Baxış: 268
İsrail İranın bölgədəki təsirini zəiflətmək məqsədi ilə ərəb ölkələrindən ibarət koalisiya yaratmaq niyyətindədir. 
Bunu İsrailin Baş naziri Naftali Bennett “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.
Baş nazirin sözlərinə görə, o, avqustun 26-da Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşdə bu mövzuya dair yeni strateji baxışlarını təqdim edəcək.
Naftali Bennett öz müsahibəsində bildirib ki, onların məqsədi İsraillə birlikdə İranın ekspansiyasına cavab vermək iqtidarında olan və bu ekspansiyanı bloklayacaq ərəb ölkələrindən ibarət rasional koalisiyanı yaratmaqdır.
Lakin İsrailin baş naziri bu planların təfərrüatına varmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.