Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransada peyvənd məcburiyyətinə və COVID pasportuna etiraz edənlər Parlamentin qarşısına axışdı

Baxış: 310
Fransanın paytaxtı Parisdə yüzlərlə insan sıx təhlükəsizlik tədbirləri altında Milli Məclisin qarşısında başlayan etiraz aksiyasına qatılıb.
“Anadolu” agentliyi xəbər verir ki, güclü yağış altında Dövlət Şurası binasına gedən nümayişçilər arasında bir qadın Azadlıq heykəli paltarları ilə diqqət çəkib.
Peyvənd tələbi və COVID pasportu əleyhdarları 31 iyulda ümumxalq nümayişləri keçirməyi planlaşdırırlar.
COVID-19-la mübarizə qanunu parlament tərəfindən 26 iyulda qəbul edilib.
Qanuna əsasən xəstəxana və qocalar evi işçiləri və yanğınsöndürənləri COVID-19-a qarşı məcburi peyvənd olunmalıdırlar. Müəyyən məkanlara girişə icazə üçün sənəd tələb edilir.
Ticarət mərkəzlərində COVID pasport tələbi olmasa da, sahibkarlara iş yerlərində bu tələbi rədd edən işçilərin maaşlarını kəsməsinə icazə verilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.